ADNSU HAQQINDA

Həyatını dəyişmək istəsən,bizimlə başla.

Fakültələr

Qəbul

Bizim tələbələr savadlı və inkişafa meyllidirlər. Biz onların hər uğurunu dəstəkləyir və bundan məmnunluq duyuruq. Tələbələrimiz üçün həm universitet daxilində həvəsləndirici təhsil şəraitinin yaradılmasını əldə etmək, həm də kənar fəaliyyətlərində faydalı vaxt keçirmələrini təmin etmək məqsədi ilə bütün imkanlarımızla xidmət göstəririk.

10092

Ümumi tələbə sayı

2568

500+ bal toplayan tələbələr

93.5%

Qəbul planı

LAYİHƏLƏRİMİZ

TOP 10 ixtisaslar

Kimya mühəndisliyi

Kompüter mühəndisliyi

Kimya texnologiyası

Neft-qaz mühəndisliyi

Elektroenergetika

Ekologiya mühəndisliyi

Mexanika mühəndisliyi

Kimya texnologiyası

Geologiya

Cihazqayırma mühəndisliyi

BİZ NƏ EDİRİK?

Biz gənclərin yüksək səviyyədə təhsilə yiyələnmələrini təmin etmək məqsədi ilə fəaliyyət göstəririk. Biz hər zaman tələbələrimizdən tənqidi yanaşmağı, məntiqi düşünməyi, yaradıcı fəaliyyət göstərməyi və mədəni şəkildə yaşamağı tələb edirik. Universitetimiz xalqımıza və bütün dünyaya fayda verəcək, inkişafı sürətləndirəcək, iqtisadiyyatı gücləndirəcək səviyyədə araşdırma imkanı və təhsili təmin etməklə fəaliyyətini davam etdirir.

BİZ KİMİK?

Tələbələrimiz, fakultələrimiz və işçi heyətimiz həyatın hər sahəsini, bir-birindən fərqli düşüncələri, ölkəmizin və dünyanın müxtəlif yerlərini təmsil edirlər. Çünki böyük bir universitetdə olmağın ən gözəl tərəflərindən biri təhsil almaq, işləmək, əylənmək, yeniliklərlə tanış olmaq, fikir alış-verişi etmək və heç vaxt olmadığın yerlərdən gələn insanlarla ünsiyyət qurmaq şansına sahib olmaqdır. Universitetimiz müxtəlifliklərimizlə bərabər ortaq yönlərimizin tapılması və bir-birimizdən öyrənərək birlikdə gələcəyimizi daha parlaq etməyin marağındadır.

TARİX

16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edilib. İllər ərzində müxtəlif adlarla fəaliyyətini davam etdirib. 2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyulub.

DAHA ÇOX