elm_7872

ADNSU-da gənclərin ictimai yerlərdə davranışına həsr olunmuş tədbir keçirilib

Bu slaydşou üçün JavaScript lazımdır.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndələri oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənclərin ictimai yerlərdə davranışının təkmilləşdirilməsinə dəstək” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirilib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru Ata Babayev tədbir iştirakçılarını salamlayaraq bu cür layihələrin  gənclərin etik davranışlarının dəstəklənməsinə xidmət etdiyini bildirib. Layihə rəhbəri Ceyhun Əsədov Bakı şəhərinin küçələrinin, park və xiyabanlarının zibillənməsinin qarşısını almaq üçün maarifləndirmə və təbliğat işləri təşkil etməklə ictimai qaydaları müəyyənləşdirmək gücündə olan gənclər yetişdirmək niyyətində olduqlarını bildirib. O davranış və etika qaydalarının pozulmasına görə cəzalar tətbiq edilməsi əvəzinə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının daha məqsədəuyğun olduğunu qeyd edib.

“Gənclərin ictimai yerlərdə davranışının təkmilləşdirilməsinə dəstək” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti 3 aydır