2

ADNSU-da Müstəqillik gününə həsr olunan tədbir keçirilib

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı  Müstəqillik günü münasibətilə hər kəsi təbrik edərək 18 oktyabrın iftixar günü olduğunu bildirib.  Azərbayacanın müstəqillik yolunda keçdiyi şərfəli tarixindən danışan prof. Mustafa Babanlı bu tarixdə dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin oynadığı önəmli rolu qeyd edib:

“Müstəqillik alın yazısı deyil, müstəqillik üçün qan töküb, ona çatmayanlar da var. Amma Azərbaycan öz müstəqilliyini qazanmağı və onu qoruyub saxlamağı bacardı. SSRİ dövründə ölkəmizin çox böyük çətinlikləri oldu. Qeyd edim ki, Azərbaycan sovet ölkələri içərisində öz müstəqilliyini elan edən 13-cü ölkə oldu. Müstəqillik elan olunduqdan sonrakı dövrü isə ölkəmizin həyatında siyasi sabitlik və inkişaf dövrü hesab etmək olar. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”- deyə rektor bildirib.

Bu gün də siyasi sabitliyi qoruyub saxlamağın  və müstəqil ölkə kimi siyasət yürütməyin heç də asan iş olmadığını deyən rektor M.Babanlı bunların İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsi olduğunu qeyd edib.

Müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu bildirən rektor Mustafa Babanlı bu illər ərzində ölkəmizin qazandığı uğurlardan söz açıb.

“Müstəqillik bizə bu 25 ildə qürur verdi, güvən verdi, uğur qazandırdı. Biz bu illərdə çox uğurlara imza atdıq. Həm iqtisadiyyatda, həm təhsildə həm də digər sahələrdə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı addımlayır. Müstəqillik dönəmində ADNSU da bir çox uğurlara imza atıb. Buna nümunə olaraq Baloniya sisteminə keçidi, ikili proqramların həyata keçirilməsini, bu ilki qəbul statistikasını göstərmək kifayətdir”- deyə rektor qeyd edib.

Rektor, prof. M.Babanlı Müstəqillik günü münasibətilə bütün Azərbaycan vətəndaşlarını təbrik edib.

Bu slaydşou üçün JavaScript lazımdır.