foto-1

ADNSU-nun komandası futzal çempionatına qələbə ilə başlayıb

Bu slaydşou üçün JavaScript lazımdır.

Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdman kompleksində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəblər arasında futzal çempionatı start verib.

Yarışda ADNSU-nu təmsil edən futbol komandası qrupda ilk oyununu keçirib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) ilə keçirilən oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk hissədə komandamız rəqibinə 7 cavabsız qol vurub. İkinci hissədə də üstünlüyünü davam etdirən ADNSU rəqibinə daha 5 qol vurub. AƏSMA isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Görüş 12-1 hesabı ilə ADNSU-nun komandasının xeyrinə başa çatıb.

Qeyd edək ki, baş məşqçisi veteran futbolçu Samir Xairov olan ADNSU-nun komandası növbəti oyununu noyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı keçirəcək.