dscn8015

ADNSU rektoru Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib

Bu slaydşou üçün JavaScript lazımdır.

Noyabrın 28-də Bakıda Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, digər dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları iştirak ediblər.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən rektor, professor Mustafa Babanlı və “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının müdiri, t.e.d., professor Sakit Rəsulov iştirak edib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir. Rus dilinin ölkəmizdə öyrənilməsinin multikulturalizm prinsipinə əsaslandığını vurğulayan nazir qeyd edib ki, hazırda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır.

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər iki ölkədən müvafiq sahələr üzrə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən tədbir əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradıb.

Konfransın gedişində Rusiya və Azərbaycan ali təhsil müəssisələri rektorlarının görüşü keçirilib. Görüşdə ADNSU-nun rektoru, prof. Mustafa Babanlı çıxış edib. Tədbirdə ADNSU-nun magistratura təhsil pilləsində təhsil alan 3 tələbəsi ən yaxşı buraxılış işinə görə diploma layiq görülüb.

Sonda media nümayəndələri üçün brifinq keçirilib və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bügünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.