14615740_967136543416162_6073528647752682610_o

ADNSU və Belarus Dövlət Rabitə Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru, professor Andrey Oleqoviç Zeneviç və Akademiyanın Ali məktəbəqədər hazırlıq fakültəsinin dekanı Yuriy Aleksandroviç Stepançukla görüş olub.

Görüşdə ADNSU-nun fəaliyyəti, ixtisaslar və tədris prosesi haqqında qonaqlara məlumat verilib. Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru, professor Andrey Oleqoviç Zeneviç rəhbərlik etdiyi ali məktəb barədə məlumat verərək BDRA-nın rabitə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdığını qeyd edib. O BDRA-da xarici tələbələrin təhsil alması və distant təhsilin həyata keçirilməsi üçün mövcud imkanlardan danışıb.

Qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinə dair razılıq əldə olunub.