Prorektor

Tədris işləri üzrə I prorektor – texnika elmləri namizədi
dosent Məmmədov Qasım Əmir oğlu
E-mail:  qasim11_5858@mail.ru
q.memmedov@asoa.edu.az
Əmək funksiyası:
Ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris və tədris-metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir: fakültə və kafedralarda tədris və tədris-metodiki işlərin təşkilinə, tədris-köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatları və s.) işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris metodiki konfransların təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətlərini icra etmək.
Bilməlidir:
Təhsil məsələləri ilə bağlı hökumətin, Milli Məclisin, prezidentin qərar və göstərişlərini; ali təhsillə əlaqədar normativ sənədləri; ali məktəb pedaqogikasını və psixologiyasını, elementar tibbi-gigiyena normalarını, tədris planlarının tərtibi və tətbiqi qaydalarını; ali təhsil sahəsindəki son nailiyyətləri, təhsilin iqtisadiyyatının və maliyyələşdirilməsi prinsiplərinin əsaslarını; tədris prosesinin təşkili və idarə olunması qaydalarını.

Elmvə texnika işləri prorektor – texnika elmləri doktoru,
Əliyarov Rauf Yusif oğlu
Əmək funksiyası:
Elmi-metodiki və elmi işlərə bilavasitə rəhbərlik etmək, kafedraların elmi-metodiki və elmi-tədqiqat işlərinin təşkili, elmi konfransların təşkili; doktorantların hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət; elmi nailiyyətlərin xalq təsərrüfatına tətbiqi üzrə tədbirlərin işlənməsi; tələbə elmi cəmiyyətlərinə rəhbərlik; elmi tədqiqat bölməsinə rəhbərlik; elmi tədqiqat laboratoriyalarına rəhbərlik.
Bilməlidir:
Elmi-tədqiqat işləri və texnika ilə bağlı dövlət və hökumət orqanlarının qərar, göstəriş və tövsiyələrini, normativ sənədləri və metodik sənədləri, xarici ölkələrin (o cümlədən MDB dövlətlərinin) elm sahəsindəki nailiyyətlərini.

Beynəlxalq əlaqələr üzrə prorektor – texnika elmləri namizədi,
dosent Camalov Rafiq İbrahim oğlu
E-mail: djamalovr@yahoo.com
rjamalov@asoa.edu.az
Əmək funksiyası:
Ölkələrin təhsil və elm müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasını, inkişaf etdirmə və həyata keçirilməsini təmin edir, beynəlxalq səviyyəli tədbirlərdə ali məktəb nümayəndələrinin iştirakını əlaqələndirir və təmin edir. Təhsil Nazirliyinin müvafiq idarəsi vasitəsilə beynəlxalq proqram və proyektlərdə öz ali məktəbinin iştirakını təmin etmək üçün əməkdaşlığın üstün istiqamətlərinin hazırlanmasını təşkil edir. Xarici tələbələrin tədris-tərbiyə və metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Xarici ölkələrdə təhsilin quruluşunu, bəzi ölkələrdə tədris-tərbiyə işlərinin məzmun və xüsusiyyətlərini öyrənir.
Bilməlidir:
Xarici tələbələrin regional xüsusiyyətlərini, xarici dillərdən birini, normativ sənədləri, əlaqə saxladığı xarici ölkələrdə ehtiyac hiss olunan fəaliyyət sahələrini, xarici tələbələr üçün tərtib olunmuş tədris planları və proqramlarından baş çıxarmağı və s.

Təlim-tərbiyə işləri üzrə prorektor – texnika elmləri namizədi,
dosent Camalov Rafiq İbrahim oğlu müvəqqəti icra edir
E-mail:
Əmək funksiyası:
Ali məktəbdə tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır.
Fakültə və kafedralarda, digər struktur bölmələrdə tərbiyəvi işləri əlaqələndirir, ona nəzarət və rəhbərliyi həyata keçirir. Tələbələrin tədris proseslərində və dərsdən kənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir və istiqamət verir. Tərbiyə işləri ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir. Tərbiyə işləri üzrə prorektoru olduğu ali məktəbin tərbiyəvi tədbirlərini digər ali məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir.
Bilməlidir:
Tərbiyə məsələləri ilə bağlı direktiv orqanların qərar və göstərişlərini; tərbiyə ilə əlaqədar normativ sənədləri; ali məktəb psixologiyası və pedaqogikasını (xüsusilə tərbiyə nəzəriyyəsini); müəllim-tələbə münasibətlərinin əsaslarını, tərbiyə sahəsində yeniliklər.

İnzibati – təsərrüfat işləri üzrə prorektor – Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (Sabah qruplarının idarə olunması üzrə) direktor müavini Ağakişiyev Elçin Nadir oğlu
Əmək funksiyası:
Tədris müəssisələrinin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Ali məktəblərin auditoriyalarında kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətini və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris binasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət müəssisələrini avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssisələrlə müqavilə bağlayır.
Bilməlidir:
Tədris müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş qərar, əmr və sərəncamları; texnika və texnologiya sahəsindəki yenilikləri; normativ sənədləri, tikinti və onun iqtisadiyyatı məsələlərini.