Tarix

 1.    İosif Qavriloviç Yesman Belarusiyada, Minsk yaxınlığındakı Vileyka yaşayış məntəqəsində anadan olmuşdur. 1922-ci ildən 1955-ci ilə kimi İnstitutun «Hidravlika və hidravlik mexanizmlər» kafedrasının müdiri, 1922–1928-ci illərdə rektor vəzifəsində işləmişdir. Hidravlika sahəsində görkəmli sovet alimi olmuş, 1932-ci ildə «Əmək Qəhrəmanı» adına layiq görülmüş, 1933-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini və professor elmi adını almış, 1945-ci ildə AzSSR EA-nın akademiki seçilmişdir. 1955-ci ildə Bakıda vəfat etmişdir.
2.     1928-ci ildə rektor vəzifəsini institutun məzunu M.V.Barinov icra etmişdir.
Mixail Vasilyeviç Barinov Rusiyanın Saratov quberniyasının Dubranovo kəndində anadan olmuşdur. 1922–1926-cı illərdə «Azneft»in rəis müavini, 1931-1933-cü illərdə rəis vəzifəsində çalışmış, 1928–1929-cu illərdə İnstitutun rektoru olmuşdur.
3.    1929–1932-ci illərdə İnstitutda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, İnstitutun digər məzunu A.A.Nikişin olmuşdur.
Aleksandr Alekseyeviç Nikişin 1917-ci ildə Bakıda Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının təşkilatçılarından olmuşdur. Müxtəlif illərdə Tiflisdə və Leninqradda (indiki Sankt-Peterburqda) məsul vəzifələrdə çalışmışdır. 1929–1932-ci illərdə İnstitutun rektoru olmuşdur.
4.     1932–1933-cü illərdə  rektor A.M.Geqodayev olmuşdur.
A.M.Çeqodayev 1930-cu ildə Leninqradda Dağ-Mədən İnstitutunu bitirmiş və bir müddət orada işləmişdir. 1932-ci ilin fevral ayının 4-dən 1933-cü ilin sentyabr ayının 1-nə kimi institutun rektoru olmuşdur.
5.    1933–1934-cü illərdə S.R.Kiselyov İnstitutun rektoru olmuşdur.
S.R.Kiselyov Rusiyanın Tomsk şəhərindəki Texnoloji İnstitutun «Dağ-mədən» fakültəsinə daxil olmuş, daha sonra təhsilini Peterburq Universiteitnin «Fizika-riyaziyyat» fakültəsində, Moskva Dağ-mədən Akademiyasında və Moskva şəhər Neft İnstitutunun «Geoloji-kəşfiyyat» fakültəsində tamamlamışdır. Özünü yüksək səviyyəli ziyalı, alim və təşkilatçı kimi göstərmişdir. 1932-ci ildə Bakı Sənaye Akademiyasının direktoru, 1933–1934-cü illərdə isə İnstitutun rektoru işləmiş, daha sonra yeni təyinatla Moskvaya köçürülmüşdür.
6.     1934–1939-cü illərdə İ.S.Axundzadə İnstitutun rektoru olmuşdur.
İ.S.Axundzadə 1930-cu ildə İnstitutu bitirmiş, əvvəlcə mühəndis-texnoloq kimi istehsalatda çalışmış, lakin tezliklə geriyə qayıdaraq əvvəlcə rektorun tədris üzrə, daha sonra elmi işlər üzrə müavini təyin edilmişdir. 9 yanvar 1934-cü il tarixdən rektorluq fəaliyyətinə başlamış və İnstituta rəhbərlik etdiyi müddətdə mühəndis və yüksəkixtisaslı elmi kadrlar hazırlanması işinə dəyərli töhfələr vermişdir.
7.   1939–1941-ci illərdə M.M.Əliyev İnstitutun rektoru vəzifəsini icra etmişdir.
Geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ-nin fəxri neftçisi, Azərbaycanın Dövlət Mükafatı Laureatı Musa Mirzə oğlu Əliyev 14 aprel 1908-ci il tarixdə Şamaxıda anadan olmuş və orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə «Geoloji-kəşfiyyat» fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir. O, Azərbaycanda mezazoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936–1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939–1941-ci illərdə direktor (rektor) vəzifəsində çalışmış Musa Əliyev bu nüfuzlu ali məktəbin 20 illik yubileyinin təntənəli keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1941–1942-ci illərdə Moskva Neft İnstitutunun «Paleontologiya və tarixi geologiyası» kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədirs müəssisələri baş idarəsinin rəisi vəzifəsində işləmiş Musa Əliyev 1941–1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis texniki kadrların hazırlanması kimi vacib sahəyə cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1948–1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuş, SSRİ Ali Sovetinin II, III və IX çağırışlarında deputat seçilmişdir. Musa Əliyev 1950-ci ildə Az.SSR EA-nın akademiki seçilmiş, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik  dərəcəsini və professor elmi adını almışdır. 1950–1958-ci illərdə o, Elmlər Akademiyasının prezidenti olmuş, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilmişdir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirantlar keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.
Musa Əliyevin prezidentliyi müddətində Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökümətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda «Astronomiya ekspedisiyası, astrofizika» şöbəsi yaradılmışdır.
1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən «Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu»nun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada sözü gedən institutda keçmiş vəzifəsində çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.
Akademik Musa Əliyev 1985-ci ilin may ayının 3-də Moskva şəhərində vəfat etmiş və Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
8.    1941-ci ildə S.B.Qocayev İnstitutun rektoru təyin edilmişdir.
Saleh Bala oğlu Qocayev 1899-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. O, Azərbaycanda Gənclər İttifaqının təşkilatçılarından olmuş, 1918-ci ildə Balakən rayon Gənclər İttifaqı sədrinin müavini, 1920-ci ildə Zaqatala İnqilab Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək İnstitutun «Texnologiya» fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır.
Təhsilini bitirdikdən sonra o, yenidən partiya-təsərrüfat fəaliyyətinə cəlb olunmuş, Ağır Sənaye Xalq Komissarlığının nümayəndəsi, Leytenant Şmidt adına zavodun yığma sexinin mühəndisi, AK(b)P-nin Kirov rayon komitəsinin katibi, «Kirovneft», «Azərneftemaş» trestlərinin müdiri, Azərbaycan SSR Xalq Avtomobil Nəqilyyatı Komissarı, «Azərneftkombinat»ın rəisi, Azərbaycan SSR Xalq  Komissarları Sovetinin müavini vəzifələrində çalışmışdır. 1941–1960-cı illərdə İnstitutun rektoru olmuş, buna baxmayaraq istehsalatla əlaqəsini kəsməmiş, bir sıra ixtiralar (səkkizsürətli aqreqat, qazma bucurqadı və s.) etmiş, onun işləmələri Respublikada maşınqayırmanın inkişafının istiqamətini müəyyən etmişdir.
S.B.Qocayev 1949-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini  almışdır. O, dəfələrlə Azərbaycan K(b)P MK-nın, Azərbaycan MİK-nin, Zaqafqaziya MİK-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin (1-4-cü çağırış) deputatı seçilmiş, «Qırmızı Bayraq», 4 «Qırmızı Əmək Bayrağı», «Qırmızı Ulduz» ordenləri və medallarla təltif olunmuşdur.
9.     1961-ci ildə professor İ.Ə.İbrahimov İnstitutun rektoru təyin edilmişdir.
İsmayıl Əli oğlu İbrahimov 1915-ci ilin dekabr ayının 15-də Ordubadda anadan olmuş, 1930-cu ildə Bakıda orta məktəbi bitirərək N.Nərimanov adına Sənaye Texnikumuna daxil olmuşdur.
Texnikumun mexanika şöbəsini bitirdikdən sonra 1935–1941-ci illərdə M.Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutunun «Energetika» fakültəsində təhsil almışdır.
1941–1946-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, nümunəvi xidməti nəticəsində «İgidliyə görə» nişanı, «II dərəcəli Vətən Müharibəsi» ordeni, «1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbə» medalı ilə təltif olunmuşdur.
1946-cı ildən M.Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutunun «Nəzarət-ölçü cihazları» kafedrasında baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmış, 1952-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.
1952-ci ildə sözü gedən kafedranın dosenti (sonradan bu qurum «İstehsalat proseslərinin avtomatlaşdırılması» adlandırılmışdır), professoru (1964) və müdiri vəzifələrində çalışmış, 1950–1952, 1956–1959-cu illərdə İnstitutun Partiya Təşkilatının katibi, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru olmuş, 1968-ci ildə texnika elmləri doktoru elmi adını almış, Az.SSR EA-nın müxbir üzvü seçilmiş, 1970–1978-ci illərdə Az.SSR Nazirlər Soveti sədrinin birinci müavini, 1978–1988-ci illərdə yenə də İnstitutun rektoru vəzifəsində işləmişdir. 1988-ci ildən «Respublika Uşaq Fondu»nun idarə heyətinin sədridir.
Akademik İ.Ə.İbrahimov Fransada, Meksikada, Yaponiyada, Rumıniyada, Rusiyada, İngiltərədə, İranda, Finlandiyada, Əlcəzairdə, Almaniya Demokratik Respublikasında keçirilmiş təhsil və elmlə bağlı çoxsaylı forumlarda Azərbaycanı təmsil etmişdir.
İ.Ə.İbrahimov 1961–1970 və 1978–1988-ci illərdə «Neft və Qaz» jurnalının baş redaktoru olmuş, 1950, 1959, 1961-ci illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin, 1963, 1967, 1980, 1985-ci illərdə Az. SSR və SSRİ  Ali Sovetlərinin deputatı, 1980-cı ildə Az.SSR EA-nın həqiqi üzvü seçilmiş, Oktyabr İnqilabı (1971), Qırmızı Əmək Bayrağı (1976),  Lenin ordenləri, çoxsaylı medal və fəxri fərmanlarla təltif olunmuş, Az.SSR-nin «Əməkdar elm xadimi» (1981), Elm və texnika üzrə SSRİ Dövlət Mükafatı Laureatı (1983), «SSRİ-nin fəxri neftçisi» (1985), «SSRİ Qaz Sənayesinin əməkdar işçisi» (1985), Sosialist Əməyi Qəhrəmanı (1986) adlarına layiq görülmüşdür.
10 .     1970-ci ildə professor K.N.Quluzadə İnstitutun rektoru təyin edilmişdir.
Kazım Novruzəli oğlu Quluzadə 1908-ci ilin may ayının 8-də Bakıda anadan olmuşdur.
1924-cü ildə orta məktəbi bitirərək N.Nərimanov adına  sənaye texnikumunu elektronika şöbəsinə daxil olmuş və burada elektrik quraşdırıcısı işləmişdir.
1929–1934-cü illərdə Azərbaycan İndustrial İnstitutunun «Energetika» fakültəsində təhsil almışdır. Daha sonra «Azneft» birliyinin Stalin adına mədənində mühəndis–elektrik,      1936-cı ildən böyük elektrik mühəndisi vəzifələrində çalışmışdır.
1937–1938-ci illərdə «Azneft» birliyinin Kirovneft» trestinin baş energetiki, 1938–1939-cu illərdə «Aznefthasilat» birliyinin böyük mühəndis-energetiki, 1939–40-cı illərdə orada baş energetik  vəzifələrini tutmuşdur.
1940–1941-ci illərdə Neft Sənayesində Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda «Elektron avadanlığı» laboratoriyasına rəhbərlik etmiş, 1941–1947-ci illərdə SSRİ EA Azərbaycan filialının «Energetika» İnstituitunda direktorun elmi işlər üzrə müavini, 1947–1952-ci illərdə həm də eyni zamanda «Elektrik avadanlığı» laboratoriyasının rəhbərləri vəzifələrində işləmişdir.
1948-ci ildə yenidən Azərbaycan İndustrial İnstitutuna qayıdaraq 1978-ci ilə kimi «Neft sənayesinin energetikası» kafedrasının müdiri vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmiş, 1961–1965-ci illərdə, «Energetika» fakültəsinin dekanı, 1970–1978-ci illərdə İnstitutun rektoru işləmişdir.
1941-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1943-cü ildə dosent, 1949-cu ildə «baş elmi işçi» elmi adını almış, 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almış, 1964-cü ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.
Dəfələrlə Ruminiyaya, Almaniya Demokratik Respublikasına tədris və elmi işlərlə bağlı məsləhət xidməti göstərmək üçün ezam olunmuşdur.
Uzun illər boyu dissertasiya Şuralarının, elmi-texniki bölmələrin üzvü, İnstitutun Elmi Şurasının Elmi katibi, SSRİ-də nəşr olunan «Energetika bülleteni» jurnalının redaksiya heyətinin, Respublika Mərkəzi seçki Komissiyasının, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olmuşdur.
Lenin, Şərəf nişanı, Qırmızı Ulduz ordenləri, Azərb.SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanları və çox saylı medallarla təltif olunmuşdur.  200-dən artıq elmi işin müəllifi olmuşdur.
1979-cu ildə vəfat etmişdir.
11.     1989–1992-ci illərdə akademik Tofiq Əliyev ADNA-nın rektoru  olmuşdur.
Əliyev Tofiq Məmməd oğlu 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərindəki 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun «Energetika» fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis-elektrik ixtisasına yiyələnmişdir.
1967-ci ilin iyun ayında doktorluq disseritasiyasını  müdafıə etmişdir.
1988-ci ilin iyun ayından etibarən o, elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır. O, Azərbaycan «Cihazsənaye» Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmiş, 2 dəfə SSRI (1969, 1983) və Azərbaycan SSR (1974)Dövlət Mükafatları laureatı, Azərbaycanın Əməkdar elm və texnika xadimi adına (1981), Şərəf Nişanı ordeninə layiq görülmüşdür.
Akademik T.M.Əliyev xarici ölkələrdə keçirilən elmi forumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. O, 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafıyanın, dərslik və dərs vəsaitlərinin müəllifı olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38  elmlər namizədi hazırlanmışdır.
12.      1993-1997-ci illərdə professor Pərviz Məmmədov ADNA-nın rektoru vəzifəsini icra etmişdir.
ADNA-nın «Geofizika» kafedrasının müdiri, neft geofizikası sahəsində alim, AMEA-nın müxbir üzvü, g.m.-e.d., professor Pərviz Ziya oğlu Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Bakıda orta məktəbi medalla  bitirmiş və həmin ildə Azərbaycan Sənaye İnstitutuna geofizika ixtisası üzrə daxil olmuşdur. İnstitutu 1959-cu ildə mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1968-ci illərdə Umumittifaq Elmi-tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialında texnik, mühəndis və elmi işçi vəzifələrində işləmişdir. 1967-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
P.Z.Məmmədov 1968-ci ildən  ADNA-da  «Geofizika» kafedrasında dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor (1992-1993) və rektor (1993-1997) vəzifələrində işləmişdir. 1972-76-cı illərdə P.Z.Məmmədov Əlcəzair Neft İnstitutunda işləmiş, tədris-metodiki şuranın sədri olmuşdur.
Pedaqoji fəaliyyətlə bərabər o, Cənubi Xəzər Meqaçökəkliyinin mürəkkəb qırışıqlı sahələrində seysmik məlumatların interpretasiyasının və neft-qaz yataqlarının axtarışının elmi-nəzəri və metodiki məsələlərilə məşğul olmuşdur. 1996-cı ildə o, Beynəlxalq Mühəndislər Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. P.Z.Məmmədov 1994-cü ildən Beynəlxalq Geofizika Cəmiyyətinin, Amerika Neftçi geoloqlar Assosiasiyasının və Avropa Geofizik Mühəndisləri Assosiasiyasının üzvüdür. P.Z.Məmmədov 150-dən çox elmi əsərlərin müəllifidir.
13.    1997-ci ilin iyun ayında ölkə Prezidentinin sərəncamı ilə professor Siyavuş Qarayev rektor təyin edilmişdir.
14.    2015-ci ilin sentyabr ayından isə ölkə Prezidentinin sərəncamı ilə professor Mustafa Babanlı rektor təyin edilmişdir.

2. Xarici dillər-2

Elvira

Bölüm: Uncategorised

Nəşr edilib 24 306 2015

Baxış sayı: 943
“Xarici dillər-2” kafedrası
“Xarici dillər-2” kafedrası 7 dekabr 2015-ci ildə yaranmışdır.
“Xarici dillər-2” kafedrasının tərkibinə 3 kafedra daxil edilmişdi:
Hazırlıq fakültəsinin “Dillər” kafedrası.
“Rus dili” kafedrası
“Xarici dillər” kafedrası
“Dillər” kafedrası (əvvəlki adı “Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin ” “Rus dili” kafedrası) 1961-ci ildə yaranmışdı və 7 dekabr 2015-ci ilə qədər fəaliyyət göstərmişdir.
Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin “Rus dili” kafedrası əcnəbi tələbələrin mühəndis-texniki profili üzrə, 80-ci illərdən başlayaraq mühəndis-iqtisad, humanitar, tibbi-bioloji və musiqişünaslıq profilləri üzrə məşğul olmuşdur.
Müxtəlif  illərdə kafedrada təhsil alan tələbələrin sayı 600-700 nəfər arasında dəyişmişdir.
1961-ci ildən indiyə kimi kafedrada dünyanın 100 ölkəsindən 13000 nəfər əcnəbi tələbə təhsil almışdır.
“Rus dili” kafedrası azərbaycan bölməsinin öyrəncilərinin və əsas fakültənin əcnəbi tələbələrinin rus dilini öyrənməsini təmin edirdi. Bakalavr və maqistr hazırlığı bütün fakültələrin ixtisaslarını əhatə edirdi.

Hal-hazırda “Xarici dillər” kafedrasında xarici dilinin tədrisi 2 fənn üzrə aparılır : ingilis və fransız dilləri.