Doktorantura şöbəsi
Heyət
Ad, Soyad | Vəzifə |
---|---|
Zülfüqar İbrahimli | Şöbə müdiri |
Nərgiz Əsgərova | Böyük müfəttiş |
Avazova Suqrə | Müfəttiş |
Şöbə müdirinin əmək funksiyası
Fəlsəfə və Elmlər doktoru proqramları üzrə Doktoranturaya qəbulu planlaşdırır və qəbul prosesini həyata keçirir. Doktorant və dissertantların dissertasiya mövzularının Əlaqələndirmə şuralarına göndərilməsi və təsdiq edilməsinə rəhbərlik edir. Doktorant və dissertantların təhsilini təşkil edir, onların attestasiyası və fərdi iş planı üzrə işləməsinə nəzarət edir. Fəlsəfə doktorluğu minimumu imtahanlarının keçirilməsini təşkil edir. Doktorantura şöbəsinin işi haqqında hesabatların tələb olunan orqanlara təqdim olunmasına nəzarət edir.
Şöbə müdiri bilməlidir
- doktorant və dissertantlarla ünsiyyətdə olmağı;
- pedaqogikanı, psixologiyanı, elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı sənədləri.
Doktorantura şöbəsinin müdiri
i.e.n. dos. Zülfüqar İbrahimli
İbrahimli Zülfüqar Hüseyn oğlu Bakı şəhərində orta məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti "Sənaye iqtisadiyyatı və idarə etmə" fakültəsini, Bakı Dövlət Universitetinin "Hüquq" fakultəsini bitirib. O, 2002-ci ildə 08.00.05 “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə namizədlik disertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda ADİU-nun elmlər doktoru proqramı üzrə doktorantıdır.Elmi iş stajı 28, o cümlədən pedagoji iş stajı 26 ildir.
Məşğul olduğu elmi istiqamətlər
- Biznesin idarə edilməsi;
- Menecment;
- İqtisadi-riyazi metodlar;
Z.İbrahimlinin çap olunmuş 55 elmi və elmi metodiki işi vardır. Onun xarici jurnallarda və konfrans materiallarında çap olunan işlərinin sayı - 15, dərs vəsaiti - 2, fənn proqramı - 9-dur.
ADNSU-da ali təhsilin doktorantura səviyyəsində təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
Doktorantura və dissertanturada kadr hazırlığı aşağıdakı ixtisaslar üzrə aparılır
Riyaziyyat | ||
---|---|---|
1202.01 | Analiz və funksional analiz | |
1203.01 | Kompüter elmləri | |
1211.01 | Diferensial tənliklər | |
2002.01 | Deformasiya olunan bərk cism mexanikası | |
2004.01 | Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi |
Kimya | ||
---|---|---|
2301.01 | Analitik kimya | |
2303.01 | Qeyri-üzvi kimya | |
2304.01 | Makromolekullar kimyası | |
2306.01 | Üzvi kimya | |
2307.01 | Fiziki kimya | |
2314.01 | Neft kimyası | |
2316.01 | Kimyəvi kinetika və kataliz | |
2318.01 | Kompozit materialların kimyası və texnologiyası | |
2391.01 | Ekoloji kimya |
Biologiya | ||
---|---|---|
2426.01 | Ekologiya (elm sahələri üzrə) |
Fizika | ||
---|---|---|
2220.01 | Yarımkeçiricilər fizikası |
Yer elmləri | ||
---|---|---|
2504.01 | Geodeziya | |
2507.01 | Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları | |
2512.01 | Ümumi və regional geologiya | |
2517.01 | Litologiya | |
2518.01 | Hidrogeologiya | |
2519.01 | Mühəndis geologiyası və süxurşünaslıq | |
2521.01 | Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı | |
2523.01 | Quyuların qazılması texnologiyası | |
2524.01 | Dağ sənaye və neft-qaz-mədən geologiyası, geofizikası, markşeyder işi və yer təkinin həndəsəsi | |
2525.01 | Neft və qaz yataqlarının işlənməsi və istismarı | |
2526.01 | Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası |
Texnika elmləri | ||
---|---|---|
3303.01 | Kimya texnologiyası və mühəndisliyi | |
3306.01 | Elektrotexnika, elektrotexnika mühəndisliyi | |
3311.02 | Təbii mühitə, maddələrə, metariallara və məmulatlara nəzarət cihazları və üsulları | |
3312.01 | Materiallar texnologiyası | |
3313.01 | Maşınqayırma texnologiyası | |
3313.02 | Maşınlar, avadanlıqlar və proseslər | |
3314.01 | Tibbi texnologiya | |
3315.01 | Metallurgiya texnologiyası | |
3331.01 | Robotlar, mexatronika və robot texnikası sistemləri | |
3335.01 | Nəzəri elektrotexnika | |
3336.01 | Metrologiya və metroloji təminat | |
3337.01 | İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) | |
3338.01 | Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) - texnika, riyaziyyat | |
3340.01 | Elektrotexniki sistemlər və komplekslər | |
3341.01 | Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər | |
3342.01 | Sənaye istilik energetikası | |
3342.02 | İstilik elektrik stansiyaları (istilik hissəsi) | |
3343.01 | İstilik texnikasının nəzəri əsasları | |
3344.01 | Yüksək gərginliklər texnikası | |
3354.01 | Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı | |
3361.01 | Bərk cism elektronikası, radio-elektron komponentləri, mikro və nanoelektronika |
İqtisad elmləri | ||
---|---|---|
5304.01 | İqtisadi fəaliyyət növləri | |
5312.01 | Sahə iqtisadiyyatı | |
5310.01 | Dünya iqtisadiyyatı | |
5311.01 | Müəssisələrin təşkili və idarə olunması |
Filologiya elmləri | ||
---|---|---|
5701.01 | Tətbiqi dilçilik |
Doktorantura təhsili haqqında ətraflı məlumatı doktorantın yaddaş kitabçasından əldə edə bilərsiniz.
Doktorantura şöbəsinin informasiya axtarış sistemi mövcuddur. Hal-hazırda doktorantura səviyyəsində 316 nəfər elmi fəaliyyətlə məşğul olur.
Son üç ildə 42 nəfər fəlsəfə doktoru diplomu alıb. 15 nəfər fəlsəfə doktoru, 5 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsini keçib və əsas müdafiəyə tövsiyə olunub. Onların elmi nəşrləri Ali Attestasiya Komissiyasının tələblərini ödəyir və dissertasiyaları antiplagiat sistemində yoxlanılıb.
Doktorantın yaddaş kitabçası: ADNSU-DYK.pdf
2020/2021-ci tədris ilində doktoranturaya qəbul aparılacaq ixtisasların siyahısı: Ixtisaslar.pdf , Proqramlar , suallar (PDF).
“Fəlsəfə” fənni üzrə qəbul imtahanının proqramı və suallar: Felsefe-QİPS.pdf , suallar(az), suallar(rus)
“Xarici dil” fənnləri üzrə minimum imtahanının proqramı və suallar: XD-MİPS.pdf