Azərbaycan KP MK-nin may 1926-cı il tarixli qərarlı ilə Politexnik İnstitutunun (indiki ADNSU) bazasında1 «Aspirantura» (indiki «Doktorantura») şöbəsi yaradılmışdır. Bununla da həmin tarixdən etibarən Universitet özünü elmi-pedoqoji kadr potensialı ilə təmin etmək üçün zəmin yaratmışdır.

 

Bu istiqamətdə iş 1928/29-cu tədris ilində 12 aspirantın (indiki doktorant) qəbulu ilə başlamışdır. Həmin aspirantlar M. M. Salamzadə, E. A. Orucəliyev, Y. İ. Məmmədzadə, A. A. Spirin, A. D. Mustafayev, S.Y. Litvinov, A. M. Məmmədov, Z. İ. Kazımzadə, M. A. Qaşqay, Ç. Cuvarlı, Y. F. Qlazov, H. M. Şahmalıyev olmuşdur.

 

İlk illərin çətinliyinə baxmayaraq «Aspirantura»da rəhbərlik işinə alim və mütəxəssislər keçmiş Sovetlər ölkəsin hər tərəfindən cəlb edilirdi. İlk elmi rəhbərlərin siyahısına A. Z. Vəzirzadə, N. B. Şaxtaxtinskaya, İ. Q. Yesman, P. İ. Kuzneçov, K. A. Krasusskoy, S. N. Usatov, M. E. Əfəndiyev, M. V. Abramoviç, B. B. Komarovskiy, N .İ. Qerşenqor, N. L. Vannikov kimi professor və dosentlər daxildir.

 

İldən ilə inkişaf edib möhkəmlənən «Aspirantura»da 1937-ci ildə 29 nəfər var idisə, bu rəqəm 1938-ci il üçün 40 (o cümlədən 27 azərbaycanlı), 1939-cu il üçün 79, 1940-cı il üçün isə 83-dür (o cümlədən 48 azərbaycanlı). Aspirant qadınların sayı 1931ci ildə 9 idisə, 1939-cu ildə 13-ə çatmışdı.

 

Artıq 1935/36-cı illərdə elmlər namizədi (hal-hazırki fəlsəfə doktoru) dissertasiya işini bir neçə aspirant müdafiə edir: A. Mustafayev, Ş. Əzizbəyov, O. Qeyman, Z. Kazımzadə, R. Abramoviç, A. Məmmədova, S. Əbdürəşidov.

 

Taleyüklü 1941-1942-ci illərdə «Aspirantura» şöbəsi müvəqqəti olaraq bağlansa da, 1943-cü ildən tədricən, eyni zamanda inamla dircəlməyə başlayır.

 

1935-1960-cı illər ərzində elmi işini müdafiə edənlərin ümumi sayı 447, 1970-ci ildə isə 1312 olmuşdur. Təkcə 1960-1970-ci illər arası 48 əcnəbi elmi kadr hazırlanmışdır. 1970-ci ilə artıq 46 ixtisas üzrə qəbul aparan Azərbaycan Neft Kimya İnstitutunun «Aspirantura» şöbəsi Moskva, Qroznı kimi şəhərlərin neft-kimya sənayesi yönümlü institutları və elmi müəssisələri ilə sıx əlaqə saxlayırdı. Nəzəri mexanika; qeyri-üzvi, üzvi və fiziki kimya; yüksəkmolekullu birləşmələr kimyası; neft kimyası və sintezi; neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı; faydalı qazıntıların geofiziki axtarış üsulları və kəşfiyyatı; istehsalat proseslərinin avtomatlaşdırılması; elektrik avadanlığı, elektrik şəbəkə və sistemləri; avtomatika və telemexanikanın cihaz və aparatları; maşınqayırma texnologiyası; maşın və neft-qaz yataqlarının avadanlığı; yüksək gərginliklər texnikası; qaz və yanacaq kimyası texnologiyası; neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı; sənaye istilik energetikası və s. kimi ixtisaslar üzrə elmi-pedogoji mütəxəssislər hazırlayan «Aspirantura» şöbəsinin məzunları sırasında M. P. Quluzadə, Ə. Ə. Yaqubov, A. M. Məlik-Şaxnəzərov, S. A. Baqaturov, L. A. Quxman, Z. İ.



1 Arxiv-Az Neft Nimya İnstitunun rəhbərliyinin 1929/28 və 1930/31-ci tədris illərinin materialları 2 Elə 1-də göstərilən arxivdə (verilən məlumarların çoxu İ. Ə. İbrahimov; A. N. Abbasovun müxtəlif illərdə Universitetin yubleyinə həsr edilən kitablarından götürülmüşdür.)
Kazımzadə İ. O. Çimelzon, A. Z.Vəzirzadə, K. V. Pokrovskiy, A. X. Mirzəcanzadə, A. M. Məmmədov, A. B. Plyuş, S.Y. Litvinov, A. A. Spirin, E. A. Orucəliyev, S. M. Quliyev kimi öz elmi məktəbini yaradan şöhrətli alimlər olmuşdur.

 

Bu illər ərzində İnstitutun professorları qiyabi aspirant hazırlamaqla neft sənayesinə də çox böyük yardım göstərirdilər.

 

Artıq 1980-cı illərdə İnstitutda fəaliyyət göstərən 58 elmər doktorunun 36-sı, 610 elmlər namizədinin 359-u «Aspirantura» şöbəsi tərəfindən hazırlanmışdır. Həmin dövrdə Azİİ-nin 60 kafedrasının 40-na özünün hazırladığı elmi kadrlar başçılıq edirdi.

 

Müstəqillik əldə etdikdən sonra, yəni 1991-2000-ci illər ərzində Neft Akademiyasında 7 fakültədə 53 ixtisas üzrə 29 elmlər doktoru, 200-ə yaxın elmlər namizədi (o, cümlədən 51 əcnəbi vətəndaş) yetişdirilmişdir.

 

2001-2005-ci illər ərzində «Aspirantura»ya qəbul 53 ixtisas üzrə aparılıb, eyni zamanda 5 elmlər doktoru, 75 elmlər namizədi dissertasiya işi müdafiə olunmuşdur.

     

2002-ci ilin iyulunadək «Doktorantura və aspirantura» adı altında fəaliyyət göstərən şöbənin adı 05 iyul 2002-ci il tarixli 01-38/07 №li daxili əmrlə dəyişdirilərək «Yüksəkixtisaslı Elmi Kadrların Hazırlığı» şöbəsi adlandırılmışdır. Şöbənin adı 09 dekabr tarixli 04-635 №li daxili əmrlə yenidən dəyişdirilərək 2009-cu ildən bu günədək «Doktorantura» adlanır.

 

2006-2015-ci illər ərzində 19 elmlər doktoru və 135 fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işi müdafiə edilmişdir. Əcnəbi doktorantların sayı 2000-2010-cu illərdə 13-ü ötmüşdür.

 

2016-ci il boyu 19 dissertasiya işi müdafiə olunmuş, 24 dissertasiya işi ilkin müzakirə prosesini keçib müvafiq Dissertasiya şuralarına təqdim edilmişdir.