Haqqında

2019/2020-ci tədris ilində ADNSU-nun magistraturasına qəbul olmaq arzusunda olan bakalavrlara kömək məqsədi qəbul imtahanlarının I mərhələsi üçün nəzərdə tutulmuş “Məntiqi təfəkkür”, “İnformatika” və “Xarici dil” (İngilis və Rus) fənnləri üzrə hazırlıq kurslarının təşkil edilir.

 

         Kurslar hər 3 fənni dinləyən bir dinləyici üçün aylıq 120 AZN (hər fənn 40 AZN), yalnız “Məntiqi təfəkkür” fənnində iştirak edən dinləyicilərə isə aylıq 60 AZN olmaqla ödənişli əsaslarla təşkil olunacaq və ödənişlər Bank vasitəsilə ADNSU-nun hesablaşma hesabına daxil ediləcəkdir. Hazırlıq kurslarının 1 noyabr 2018-ci il tarixindən 4 ay müddətinə aşağıda adları göstərilən ADNSU-nun müəllimləri tərəfindən aparılması nəzərədə tutulur:

 

1. “Məntiqi təfəkkür” – (azərbaycan və rus bölmələri) Abbasquliyev Aydın Sahim oğlu, “Cihazqayırma mühəndisliyi” kafedrasının dosentı;

 

2. “İnformatika” - (rus bölməsi) Sərdarov Yaqub Balı oğlu, “Kompüter mühəndisliyi” kafedrasının dosenti

 

Ağazadə Lalə Firudin qızı – (azərbaycan bölməsi) “Kompüter mühəndisliyi” kafedrasının assistenti

 

3. “Xarici dil” – (İngilis dili) “Eyvazova Firəngiz Ağa-Rza qızı “Xarici dillər-2” kafedrasının b/müəllimi.

 

4. “Xarici dil” – (Rus dili) Babayeva Sevinc Oqtay Xarici dillər-2” kafedrasının b/müəllimi.

 

 Kursların fəaliyyəti dövründə dinləyicilər üçün sınaq imtahanları təşkil olunur.

 

Kursun işinin yüksək səviyyədə təşkilini təmin etmək məqsədi ilə “Kompüter mühəndisliyi” kafedrasının baş laborant Rəhimova Sevda Salman qızının koordinator vəzifəsini aparması nəzərdə tutulur

 

Kursun rəhbərləri üçün əmək haqqı tələbələrin ödənişindən daxil olan məbləğin 50% həcmində, koordinatorun əmək haqqı isə ayda 100 AZN olmaqla onların fərdi hesablarına köçürülməsi təklif olunur.

 

Kursların təşkili haqqında məlumatlar ADNSU-nun internet saytında, hər iki tədris binasının I mərtəbəsində və fakültə dekanlıqlarının lövhələrində yerləşdiriləcəkdir.

 

Kursa yazılmaq üçün koordinator Rəhimova Sevda Salman qızına müraciət etməlidir (mob. 050 636 21 25, otaq 1224)    

 

 

Magistratura bölməsi

    

Hazırda ADNSU-da fakültələr və TEMPUS proqramı üzrə magistr hazırlığı 34 ixtisas və 49 ixtisaslaşma üzrə aparılır. Magistratura səviyyəsində tədrisə Universitetin 25 kafedrası üzrə 205 nəfər professor-müəllim heyəti cəlb edilib.

 

2017/2018-ci tədris ilində ADNSU-nun Magistratura bölməsinə 512 nəfər tələbə qəbul olunub. Magistratura səviyyəsinə qəbul olunan tələbələrin orta bal göstəricisi 100,6 baldır.

 

ADNSU-nun Magistratura pilləsində ümumilikdə 1122 nəfər tələbə təhsil alır. Fakültələr üzrə 807, MBA proqramında 276, TEMPUS proqramında isə 39 nəfər magistrant var. Hazırda 1-ci kursda 433, 2-ci kursda 390, təhsilin növbəti ilində isə 22 tələbə təhsilini davam etdirir.

 

Magistratura pilləsində tələbələrin oxuyaraq öz ixtisasları üzrə işləmələrinə şərait yaratmaq məqsədilə dərslər saat 17:50-də başlayır. 2016/2017-ci tədris ilində ADNSU-nun 1-ci kurs magistrantlarının 72%-i, 2-ci kurs magistrantlarının isə 92%-i təhsil almaqla bərabər işləyiblər. Başqa sözlə magistrantlarımızın 80%-i işlə təmin olunub.

 

ADNSU-da magistr hazırlığı Nazirlər Kabinetinin 13.02.97 tarixli 15 saylı qərarına əsasən təsdiq edilmiş “Çoxpilləli ali təhsil sistemində magistratura haqqında”, Təhsil Nazirliyinin 22.04.97-ci il 235 saylı əmri ilə təsdiq olunmuş “Magistr hazırlığının minimum məzmununa və səviyyəsinə qoyulan tələblərin strukturu”na, Təhsil Nazirliyinin 18.06.2011-ci il 59 saylı “Magistratura səviyyəsində mövcud vəziyyət, problemlər və onların həlli yolları barədə” kollegiyasının qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 202 nömrəli 20.04.98-ci il tarixli əmri ilə təsdiq olunmuş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 742 nömrəli 10.11.98-ci il tarixli əmri ilə təsdiq olunmuş “Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının tələblərinə və digər normativ sənədlərə uyğun təşkil edilib.

 

ADNSU-da magistr hazırlığı aşağıdakı istiqamətlərdə aparılır

   

  •  ixtisas və ixtisaslaşmalar üzrə
  •  beynəlxalq proqramlar üzrə

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti ilə birgə 1998-ci ildən ingilis dilində MBA (Master of Business Administration) Proqramı çərçivəsində “Biznesin təşkili və idarə edilməsi”, “İdarəetmədə informasiya sistemləri” və “Menecment” ixtisasları üzrə magistr hazırlığı aparır.

 

“Ətraf mühit və neft sənayesi” ixtisası üzrə Fransanın Sofiya – Antipolis və İtaliyanın Genuya universitetləri tərəfindən hazırlanmış birgə magistr tədris planı əsasında Azərbaycan və rus dillərində mütəxəssis hazırlığı müvəffəqiyyətlə davam etdirilir.

 

Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Avstriyanın Graz Texniki Universiteti və Polşanın Varşava Texnologiya Universiteti ilə əməkdaşlığımız nəticəsində birgə tərtib olunmuş tədris planları əsasında “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura səviyyəsində isə “(Neft sənayesində) Enerji menecmenti” ixtisas şuraları üzrə mütəxəssislər hazırlanır. Bu üç ixtisas Almaniyanın ASIIN Consult Agentliyi tərəfindən akkreditasiya olunub.

 

Magistratura bölməsi Universitetin Elmi Şurasının 14 dekabr 2002-ci il tarixli iclasında (protokol №10) qəbul olunmuş Əsasnaməyə əsasən öz işini təşkil edir. Bölmə ADNSU-da mütəxəssis hazırlığı aparılan bütün istiqamətlər və proqramlar (o cümlədən beynəlxalq) üzrə magistratura səviyyəsində tədris prosesinin planlaşdırılması, təşkili və idarə olunması ilə bağlı işlərə rəhbərlik edir.

 

Bölmə mövcud qaydada ADNSU-nun Nizamnaməsinə müvafiq olaraq Universitetin Elmi Şurasının qərarına əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir.

 

Magistratura bölməsinin Elmi Şurası dekanın başçılıq etdiyi və bölmənin fəaliyyətində kollegial qərarlar qəbul edən orqandır. Şuranın tərkibinə ADNSU-nun magistr hazırlığı aparılan fakültələrin dekanları və beynəlxalq proqramlar üzrə rəhbərlər koordinator kimi daxil edilirlər. Şura üzvlüyünə həmçinin müvafiq fakültə dekanlarının təqdimatına əsasən magistr hazırlığı aparılan ixtisas kafedra müdirləri də seçilir.