Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr hazırlığına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə”yə uyğun olaraq 1997/1998-ci tədris ilindən başlanılmışdır.

 

ADNSU-nun magistratura səviyyəsində magistr hazırlığı 7 fakültədə ixtisas və ixtisaslaşmalar üzrə, “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” (MBA) və “Ətraf mühit və neft sənayesi” (TEMPUS) çərçivəsində beynəlxalq proqramlar üzrə əyani təhsil forması ilə aparılır.