Elektromexanika

Tədris prosesinin və elmi-tədqiqat işlərinin yerinə-yetirilməsində müasir dövrün tələblərinin təmin edilməsi məqsədilə “Elektromexanika” kafedrası 2106-ci il fevral ayından etibarən “Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” və “Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedralarının birləşdirilməsi ilə təşkil olunmuşdur. Hər iki kaferdra həm respublikamız və həm də keçmis Sovetlər Birliyi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuş və aşağıda göstərilən tarixi mərhələləri keçmişlər.

 

“Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” kafedrası:

 

1930-cu ildə professor S.N.Usatıyın rəhbərliyi ilə “Tətbiqi elektrotexnika” kafedrası təşkil edilmiş və bu  kafedranın əasında daha iki yeni – professor S.N.Usatıyın rəhbərliyi ilə “Elektrik maşınları” və professor B.M.Plyuşun rəhbərliyi ilə “Elektrik intiqalı və sə­naye müəssisələrinin elektrik avadanlıqları” kafedraları yaradılmışdır.1940-1953-cü illərə qədər fəaliyyət göstərən hər iki kaferdra 1953-cü ildə professor B.M.Plyuşun rəh­bərliyi altında yenidən birləşdirilmişdir.

1962-ci ildə elektrotexnika sənayesinidə elektromexania mühəndislərinə olan  təla­bat­ların artması ilə əlaqədar olaraq “Elektrik maşınları və aparatları” kafedrası yenidən təşkil edilmiş və kafedraya  professor F.H.Hüseynov rəhbər təyin edilmişdir. 1969-cu ildən 1981-ci ilə  kimi “Elektrik maşınları və aparatları” kafedrasına dosent S.C.Osmanov, 1981-ci ildən -2005-ci ilə qədər isə  professor T.Q.Qasımova rəhbərlik etmişdir.

Kafedrada elektrik maşınlarının parametrləri və xarakteristikalarının tədqiqi, massiv maqnit dövrəli xüsusi elektrik maşınlarında proseslərin öyrənilməsi və idarəsi, tənzimlənən xüsusi elektrik maşınlarının layihələndirilməsi istiqamətlərində elmi-tədqiqat işləri aparılmışdır.

1963-2005-ci illər ərzində kafedrada “Elektrik maşınları” və “Elektrik aparatları” ixtisasları üzrə minlərlə mühəndis-elektromexaniklər hazırlanmışdır. Kafedranın əmək­daşları tərəfindən ixtisas fənləri üzrə çoxsaylı dərsliklər, dərs vəsaitləri, mono­qrafiyalar         nəşr edilmişdir, əməkdaşlardan 4 nəfəri doktorluq və 10 nəfəri isə namizədlik disser­tasiyaları mudafiə etmişlər. Ümumilikdə kafedrada 20-dən çox namizədlik dissertasiyası hazırlanaraq müdafiə edilmişdir. Göstərilən müddət ərzində elmi jurnallarda 300-ə yaxın məqalə çap olunmuş, müxtəlif elmi-texnikikonfranslarda 100-ə yaxın məruzə edilmişdir.

“Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması” kafedrası təşkil olunduğu 1938-ci ildən 1981-ci ilə qədər professor B.M.Plyuş rəhbərlik etmişdir. 1981-ci ildən 1988-ci ilə qədər kafedraya rəhbərlik dosent İ.Ə.Əliyev və 1988-ci ildən 2016-cı ilə qədər  professor E.M.Fərhadzadə tərəfindən aparılmışdır.Bu illər ərzində kafedra 4000-dən çox mühəndis hazırlamışdır.

Kafedrada “Sinxron elektrik intiqallarının işinin iqtisadi səmərəliliyi və dayanıqlılığının yüksəldilməsi”, “Neft və qaz quyularının qazma qurğularının iş rejiminin optimallaşdırılması”istiqamətlərində elmi-tədqiqat işləri aparılmışdır.

Kafedranın əməkdaşları tərəfindən çoxsaylı tədris-metodiki və dərs vəsaitləri ilə yanaşı, elmi jurnallarda 600-dən çox məqalə nəşr olunmuş və 65 ixtira edilmişdir. Kafedrada 30 namizədlik dissertasiyası müdafiə edilmiş və kafedranın məzunlarından 15 nəfəri doktorluq dissertasiyası müdafiə etmişdir.

2005-ci ildə “Elektrik maşınları və elektrik aparatları” kafedrası ilə “Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması” kafedrası yenidən birləşdirilərək “Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” adlandırılmaqla  professor E.M.Fərhadzadə rəhbərlik etmişdir.

 

“Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedrası

 

“Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedrası 1966-cı ildə yaradılmış və  kafedranın müdiri vəzifəsinə dosent M.M.Salam-zadə təyin edilmişdir.

1978-ci ildən 2016-cı ilə qədər kafedraya professor Ə.M.Quliyev rəhbərlik etmişdir.

Kafedra tərəfindən Zaqafqaziya ölkələri arasında yeganə olan “Yüksək gərginliklər texnikası və fizikası” və “Elektrotexnoloji qurğular və sistemlər” ixtisasları üzrə mütəxəssislər hazırlanmışdır.

Kafedrada uzun illər akademik  Ç.M. Cuvarlı və akademik A.M.Həşimovelmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, mühəndislərin və yüksək ixtisaslı kadrların hazırlan­ma­sında əvəzsiz  xidmətlər göstərmişlər. Kafedra tərəfindən  Azərbaycan Milli Elmlər Aka­demiyasının Fizika İnstitutunun “Yüksək gərginliklər fizikası və texnikası” labora­toriyası ilə sıx əlaqələr yaradılaraq birgə elmi-tədqiqat işləri aparılmış və labora­to­riyanın yüksək ixtisaslı əməkdaşları tədris prosesinə cəlb edilmişdir.

Kafedrada “Elektrotexnoloji sistemlərin  rejimlərinin və onları enerji ilə təmin edən yüksək gərginlik şəbəkələrindəki proseslərin tədqiqi” və “Yüksək gərginlikli qurğuların, elektrotexnoloji sistemlərin və onlarda istifadə olunan materialların tədqiqi” istiqamətləri  üzrə elmi-tədqiqat işləri aparılmışdır.

Kafedranınəmkdaşları və məzunları tərəfindən onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Kafedranın əməkdaşları tərəfindən çoxsaylı tədris-metodiki və dərs vəsaitləri,elmi jurnallarda yüzlərlə məqalələr nəşr edilmiş və beynəlxalq konfranslarda çıxışlar edilmişdir.

 

2016-ci il fevral ayından etibarən “Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” və “Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafed­raları “Elektromexanika” adladırılmaqla billəşdirilərək öz fəaliyyətlərini davam etdirirlər.Kafedraya rəhbərlik dosent E.N.Əhmədov tərəfindən edilir. Hazırda kafedrada “Ekektrik mühəndisliyi”ixtisasıüzrə  bakalavrların, magistrantların  və yüksək ixtisaslı elmi kadrların hazırlığı aparılır.