Fizika

“Fizika” kafedrasının tarixi haqqında qısa məlumat 

  « Fizika » kafedrası institutun yaranmasının ilk günlərindən fəaliyyətə başlayıb. İlk illər fizika   fənnini  prof. L.S.Leybenzon  və  prof. S.N.Usatıy  tədris  etmişlər. Prof. S.N.Usatının dəvəti ilə onun şagirdi  E.B.Lapuxin 1926-cı ildə Peterburqdan Bakıya dəvət olunaraq  « Fizika »  kafedrasına rəhbərlik etmişdir.

    « Fizika » kafedrasında tədris laboratorıyalarının yaradılmasında, mühazirələrin konspektinin hazırlanmasında prof. E.B.Lapuxinin xidmətləri çox olmuşdur. E.B.Lapuxinin tərtib etdiyi mühazirələrin konspekti dərs vəsaiti azərbaycan dilinə tərcümə edilmiş və Azərbaycanda fiziklər məktəbinin yaranmasında böyük rol oynamışdır.

          1935-ci ildə E.B.Lapuxinin Peterburqa köcməsi ilə əlaqədar kafedraya X.İ.Əmirxanov rəhbərlik etməyə başlayır. X.İ.Əmirxanovun rəhbərliyi altında kafedrada bərk cisimlərin istilik kecirmə əmsalını təyin etmək ücün yeni “müstəvi” metod işlənmişdir.

1950-ci ildə SSRİ – Elmlər Akademiyasının Dağıstan filialına rəhbər təyin olunması ilə əlaqədar olaraq prof. X.İ.Əmirxanov Maxaçkala şəhərinə köçür və kafedraya M.H.Ramazanzadə rəhbərlik etməyə başlayır. M.H.Ramazanzadənin tərtib etdiyi mühazirələrin konspekti və laboratoriya işlərinə rəhbərlik dərs vəsaitləri uzun müddət tələbələrin azərbaycan dilində yeganə vəsaiti olmuşdur.

1987-ci ildə M.H.Ramazanzadənin vəfatı ilə əlaqədar kafedraya rəhbərlik  1988-ci ildən bu günə qədər prof. Q.T.Həsənova  həvalə edilmişdir.

Prof. Q.T.Həsənov kafedrada fəalıyyət göstərən tədris  laboratoriyalarının müasir avadanlıqla  təchiz  edilməsinə  nail olmuş,  yeni laboratoriya işləri yaratmışdır. Bakalavr təhsil pilləsinin  baza və işçi    proqramlarını   yaratmış, dərslik   və dərs  vəsaitləri  ilə   tələbələri   tam  təmin etmişdir. Son 10  ildə bakalavr təhsil pilləsi  üçün   30-dan çox dərslik, dərs vəsaiti və metodiki göstərişlər yazılaraq tələbələrin istifadəsinə verilmişdir

«Fizika» kafedrasının  son 10 ildə elmi-tədqiqat işlərinin istiqaməti zamanın müasır tələblərinə uyğunlaşdırılmışdır. Kafedrada “Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri”  mövzusu iki iş adında icra olunur.

  1. Mayelərin istilik fiziki və optik xassələrinə kənar amillərin təsiri
  2. Yaylı kristallar əsasında yaradılan strukturların fotoqalvanik xassələrinin anizotropluğu, ona termik işləmənin təsiri.

Enerjinin və impulsun saxlanma qanunları tətbiq olunaraq, mayelərin və bərk cisimlərin fiziki parametrlərini tədqiq etmək ücün yeni metodlar işlənmişdir. Layvari yarımkeçirici birləşmələrdə qeyri-xətti optik proseslər tədqiq olunmuş və həmin kristalların kvant elektronikasında tətbiqi müəyyənləşdirilmişdir. Kafedranın əməkdaşları tərəfindən hər il 20-dən cox elmi məqalə çap olunur, beynəlxalq konfranslarda məruzə ilə çıxış edirlər. Son 10 ildə kafedrada bir namizədlik və üç doktorluq dissertasiyası müdafiyə olunmuşdur.

ADNA-nın « Fizika » kafedrası öz tədris-metodiki və elmı-tədqiqat iş fəaliyyətində AMEA-nın « Fizika » institutu və BDU-nun «Yarımkeçiricilər fizikası » kafedrası ilə sıx əməkdaşlıq edir.

Hal–hazırda « Fizika » kafedrasında 6 elmlər doktoru,  professor, 17 elmlər namizədi,  dosent fəaliyyət göstərir.

Fizika kafedrasının müəllimlərinin  SİYAHISI 

       1.Fizika kafedrasının müdiri, texnika elmləri doktoru, Həsənov Qafar  Teymur oğlu.

2.Fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Mehdiyev Nizami Mikayıl oğlı. e-mail:Mehdiev           @ rambler.ru

3.Fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Salmanova Adilə Abdulməcid qızı.

  1. Fizika kafedrasının professoru, texnika elmləri doktoru Naziyev Ceyhun Yaşar oğlu. e-mail: j_naziyev @ yahoo.com.
  2. Fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Musayev Musavər Abdulsalam oğlı. e-mail: m_musaver @ yahoo.
  3. Fizika kafedrasının professoru, fizika üzrə elmlər doktoru Mirabutalıbov Mirteymur Mirkazım oğlı.

7.Fizika kafedrasının dosenti,fizika-riyaziyyat elmləri namizədi Əliyev Əli Əmir oğlı.

  1. Fizika kafedrasının dosenti,fizika-riyaziyyat elmləri namizədi Abbasov İbrahin İsa oğlı.
  2. Fizika kafedrasının dosenti,texnika elmləri namizədi Abdullayev Firuddin Qiyas oğlı.
  3. Fizika kafedrasının dosenti,fizika-riyaziyyat elmləri namizədi Abdinova Sura Qəzənfər qızı. e-mail: @ yahoo. com.
  4. Fizika kafedrasının dosenti,fizika-riyaziyyat elmləri namizədi Ağayev Akif Mirzə oğlu.
  5. Fizika kafedrasının dosenti,texnika elmləri namizədi Səfərov İlyas Əliş oğlı.

13.Fizika kafedrasının dosenti,fizika-riyaziyyat elmləri namizədi Əfəndiyeva İradə Qafar qızı. e-mail: irada.e.@                  mail.ru

14.Fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Əskərov Dünyaməddin Cəfər oğlı.

  1. Fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Verdiyeva Nəzakət Əlixan qızı.
  2. Fizika kafedrasının dosenti,texnika elmləri namizədi Həsənova Nailə Ənvər qızı.
  3. Fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi İsmayılov Cavanşir İsmayıl oğlu.
  4. Fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Cəfərova Minurə Ələkbər qızı.
  5. Fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Sadiq Xavər Oqtay qızı.
  6. Fizika kafedrasının dosenti,texnika elmləri namizədi Bəxtiyarov Əliəşrəf Lətif oğlu.

21.Fizika kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru, Cəfərova Aynur Nurəddin qızı.e- mail Aymin @                           mail.ru

22.Fizika kafedrasının baş müəllimi, Əhmədov Rasim Allahyar oğlu. e-mail: sheki.r.@ mail. ru.

23.Fizika kafedrasının assistenti Xəlilova Aybəniz Feyzi qızı.