İstilik energetikası

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstilik energetikası kafedrası və nəzdindəki Dəniz və çirkab suların sənayedə istifadəsi” elmi-tədqiqat labоratоriyası barədə qısa məlumat

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində istilik energetikası sahəsində mühəndis kadrların hazırlanması XX əsrin 20-ci illərindən başlanıb. 1922-ci ildən başlayaraq ayrı-ayrı dövrlərdə universitetdə istilik yönümlü müxtəlif kafedralar fəaliyyət göstərmişlər. O cümlədən “İstilik texnikasının nəzəri əsasları” (kafedra müdiri professor Ə.M.Məmmədov, professor T.S.Axundov), “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” (professor Ə.Ə.Orucəliyev, professor F.İ.Kəlbəliyev), “Sənaye istilik energetikası və suyun texnologiyası” (professor İ.Z.Makinski, professor K.M.Abdullayev).

2005-ci ildə istilik energetikası profilli üç kafedra birləşdirilmiş və “İstilik energetikası” adlı kafedra yaradılmışdır. Kafedra universitetin üçüncü korpusunda Nizami küçəsi 186 ünvanında yerləşir. Kafedra müdiri professor K.M.Abdullayev seçilmişdir və hal-hazırda fəaliyyət göstərir.

1961-ci ildə professor İ.Z.Makinskinin təşəbbüsü ilə kafedra nəzdində “Dəniz suyunun sənayedə istifadəsi” problem (elmi-tədqiqat) laboratoriyası yaradılmışdır. Daha sonra yaradılmış yeni elmi istiqamətlə əlaqədar laboratoriya “Dəniz və çirkab suların sənayedə istifadəsi” kimi adlandırılmışdır.

Hal-hazırda “İstilik energetikası” kafedrasında “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə bakalavr pillələrində kadrlar hazırlanır. Magistr pilləsində kadrların hazırlanması üç ixtisas üzrə aparılır: “İstilik elektrik stansiyaları”, “İstilik elektrik stansiyalarında yanacaq və su texnologiyaları”, “Sənaye istilik energetikası”.

Bu məqsədlə kafedrada 42 fənn tədris olunur. O cümlədən “İstilik elektrik stansiyalarının qazan qurğuları”, “İstilik texnikasının nəzəri əsasları”, “İstilik energetik qurğuların su rejimi”, “İstilik elektrik stansiyalarında su hazırlığı texnologiyası və su təchizatı”, “İstiləşdirmə və istilik şəbəkələri” və s.

Kafedrada 13 müəllim çalışır. O cümlədən 3 professor və 10 dosent. Kafedranın müəllimləri tərəfindən praktiki olaraq bütün tədris edilən fənlər üzrə azərbaycan dilində iri həcmli dərsliklər nəşr edilmişdir.

Problem laboratoriyanın birinci elmi rəhbəri professor İ.Z.Makinski tərəfindən öz dövrü üçün çox mütərəqqi olan dəniz suyunun termokimyəvi üsulla yumşaldılma üsulu ixtira edilmişdir və müvafiq sənaye qurğuları iri elektrik stansiyasında tətbiq edilmişdir. Həmin dövrdə dəniz suyunun şirinləşdirilməsi və kompleks emalına aid bir neçə orijinal ideya irəli sürülmüşdür. Daha sonra professor İ.Z.Makinskinin tələbəsi professor K.M.Abdullayev tərəfindən və onun rəhbərliyi altında iri miqyaslı şirinləşdirmə sistemlərinin yaradılması üçün istilik elektrik stansiyalarının barabanlı buxar qazanlarının bilavasitə dərin yumşaldılmış dəniz suyu ilə bəslənilməsi, dəniz və geniş sinifli minerallı suların ion-mübadilə üsulu ilə yumşaldılması və kompleks emalı, şəhər çirkab sularının emalı və təkrarən sənaye istilik energetikasında istifadəsi sahələrində mühüm elmi nəticələr əldə edilmişdir. Bu işlərlə bərabər problem laboratoriyada geniş temperatur və təzyiq diapazonunda müxtəlif duz məhlullarının istilik-fiziki xassələri tətqiq edilmişdir (sıxlıq, istilik keçiricilik, dinamiki özlülük və s.), kritik və ondan yüksək təzyiqlərdə istilik-mübadilə proseslərinin intensivləşdirilməsi və səthlərin etibarlı işinin təmin edilməsi sahəsində yeni elmi nəticələr alınmışdır.

Hal-hazırda problem laboratoriyada iki istiqamətdə elmi-tədqiqat işləri aparılır:

– dəniz və şoran suların qənaətli və ekoloji baxımdan təmiz şirinləşdirmə texnologiyalarının işlənilməsi;

– istilik energetik qurğularının etibarlılığının və səmərəliliyinin artırılması.

Kafedranın fəaliyyəti dövründə 10 nəfər elmlər doktoru və 80-dən çox elmlər namizədi hazırlanıb, o cümlədən 1972-ci ildən sonra 5 elmlər doktoru və 50-dən artıq elmlər namizədi. Kafedranın və problem laboratoriyanın əməkdaşları tərəfindən 50-dən artıq müəllif şəhadətnaməsi alınmışdır, 1000-dən çox elmi məqalələr dərc edilmişdir, 20-dən artıq dərslik və monoqrafiya çap edilmişdir, o cümlədən İngiltərə və Rusiyada (Moskva).

Kafedrada və problem laboratoriyada aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini nəzərə alaraq onun rəhbəri professor K.M.Abdullayevə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi adı verilmişdir. O, Beynəlxalq və Gürcüstan Milli Energetika Akademiyalarının akademiki seçilmiş, M.V.Lomonosov və Y.M.Məmmədəliyev medalları və Şöhrət ordeni ilə təltif olunmuş, ABŞ-ın “Elmin açarı” müsabiqəsinin laureatı adını qazanmış, Ukraynanın akademik nəşriyyatı olan “Kimya və suyun texnologiyası” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Kafedra müdiri,

t.e.n., dosent                                                                      Sevinc Babayeva

ADNSU-nin «İSTİLİK  ENERGETİKASI» KAFEDRASININ ƏMƏKDAŞLARININ  SIYAHISI 

Professor – müəllim heyyəti

Sıra

№-si

soyadı, adı və atasının adı Vəzifəsi
1 Babayeva Sevinc Şulan qızı Kafedra müdiri,

t.e.n., dosent

2 Abdullayev Kamal Mixman oğlu t.e.d.,professor
3 İsayev Hidayət İsa oğlu t.e.d., professor
4 Ağamalıyev Muxtar Məmməd oğlu t.e.d., professor
5 Cəbiyev Yusif Abdulla oğlu t.e.n., dosent
6 Məmmədbəyova Rəhilə Həsən qızı t.e.n., dosent
7 Məmmədova Cəmalə Paşa qızı t.e.n., dosent
8 Hüseynov Avqust Qərib oğlu t.e.n., dosent
9 İmanova Məlahət Vəli qızı t.e.n., dosent
10 Abdullayeva Gülşən Kamal qızı t.e.n., dosent
11 Nəsirov Şükür Nəriman oğlu t.e.n., dosent
12 Rəhimov Fəxrəddin Aydın oğlu t.e.n., dosent
13 Babayev Ata Manaf oğlu t.e.n., dosent

Köməkçi personal

Sıra

№-si

soyadı, adı və atasının adı Vəzifəsi
1 Rəhimova Təranə Adil qızı Lab.müdiri
2 Şükürova Sevinc Əlövsət qızı Böyük laborant
3 Səmədova ləman Zakir qızı Böyük laborant
4 Kərimova Rəşidə Kərim qızı Böyük laborant
5 Əliyeva İlahə Atababa qızı Laborant
6 Məmmədova Gülnar Xamməd qızı Laborant

Elmi – tədqiqat laboratoriyasının əməkdaşları

Sıra

№-si

soyadı, adı və atasının adı Vəzifəsi
1 Məmmədov Firudin Xəlil oğlu Böyük elmi işçi
2 Əliyeva Olqa Oleqovna Böyük elmi işçi
3 Əhmədova Cahan Arif qızı Kiçik elmi işçi
4 Məmmədova Amaliya Maksim qızı Aparıcı mühəndis
5 Zülfüqarova Xatirə Mirzəbaba qızı Mühəndis
6 Əliyeva Saina Cəbrailovna Elmi işçi