İTİF

İdarəetmə və sistemlər mühəndisliyi

Kompüter mühəndisliyi

Cihazqayırma mühəndisliyi

Ümumi və tətbiqi riyaziyyat

 

“İNFORMASİYA TEXNOLOGİYALARI VƏ İDARƏETMƏ” FAKÜLTƏSİ

“İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə  “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulmuşdur. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranmışdır.

Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev  və başqalarını göstərmək olar.

Fakültədə dekan vəzifələrini müxtəlif dövrlərdə ardıcıl olaraq dosentlər İ.Ə.Nəbiyev (1961-1963), H.H.Səmədov (1963-1979), R.Ə.Zeynalov (1979-1993), T.A.Əliyev (2003-2011), R.N.Allahverdiyev (2011-2015), professor İ.M.Abdullayev (1993-2003) icra etmişlər.

2015-ci ildən fakültənin dekanı  dosent Səməd İmaməli oğlu Yusifovdur.

Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılmışdır. Daha sonralar  mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılmışdır. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərmişdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının qərarı və rektorun 03.02.2016-cı il tarixli əmrinə əsasən “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsi 04.02.2016-cı il tarixdən “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsi (İTİF) adlandırılmışdır. Elmi Şuranın həmın qərarı və rektorun əmri ilə fakultənin nəzdində  ”İdarəetmə və sistemlər mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”  və  “Ümumi və tətbiqi riyaziyyat”  kafedraları yaradılmışdır.

Fakültədə 130 nəfər professor-müəllim heyəti, o cümlədən 8 nəfər professor, 86 nəfər dosent, 10 nəfər baş müəllim, 26 nəfər assistent və 34 nəfər tədris-köməkçi heyyəti çalışır. Hazırda fakültədə __1_ doktorant və _20__ dissertant elmi işlə məşğul olur.

Fakültənin bakalavr pilləsində 1869 nəfər tələbə təhsil alır, onlardan 1847 nəfər əyani şöbədə, 22 tələbə qiyabi şöbədə.

Hal-hazırda fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərir:

  • “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrası (kafedra müdiri, dosent A.Ə.Əlizadə). Bu kafedra “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika, telemexanika və elektronika” kafedralarının  bazasında yaradılmışdır.
  • “Kompüter mühəndisliyi” kafedrası (kafedra müdiri, dosent L.M. Zeynalova). Kafedra “Avtomatlaşdırılmış idarəetmə sistemləri” və “Kompüter texnologiyaları və proqramlaşdırma” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunmuşdur.
  • “Cihazqayırma mühəndisliyi” kafedrası (kafedra müdiri, dosent R.İ.Nəbiyev). Bu kafedra “İnformasiya-ölçmə və kömpüter texnikası” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunmuşdur.
  • “Ümumi və tətbiq riyaziyyat” kafedrası (kafedra müdiri, professor A.R.Əliyev). Kafedra “Ali riyaziyyat” və “Tətbiqi riyaziyyat” kafedraların bazasında yaradılmışdır.

2009-cu ildən başlayaraq fakültədə kredit sisteminin tətbiqi ilə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığına başlanmışdır:

  • 050624 – “Cihazqayırma mühəndisliyi”;
  • 050627 –“ Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”;
  • 050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”;
  • 050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (Tempus proqramı);
  • 050629 – “Mexatronika və robototexnika mühəndisliyi”;
  • 050631 – “Kompüter mühəndisliyi”;
  • 050632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”;
  • 050647 – “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”;
  • 050648 – “Biotibbi texnologiya mühəndisliyi”;

və 2016-cı ildən başlayaraq əlavə olaraq fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr  hazırlığı yerinə yetirilir:

  • 050509 –“Kompüter elmləri”;
  • 050655-“İnformasiya texnologiyaları”;
  • 050656-“Sistem mühəndisliyi”.

İxtisaslar üzrə mütəxəssis hazırlıqları azərbaycan və rus dillərində aparılır.

2016/2017-ci tədris ilindən başlayaraq fakultənin aşağıdakı ixtisaslarında bakalavr pilləsi üzrə mütəxəssis hazırlığı həmçinin ingilis dilində aparılacaq:

-050624-“Cihazqayırma mühəndisliyi”;

-050628-“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”;

-050631-“Kompüter mühəndisliyi”;

-050509-“Kompüter elmləri”.