İdarəetmə və sistemlər mühəndisliyi

 “İdarəetmə və sistemlər mühəndisliyi” (İSM) kafedrası

 “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə 04 fevral 2016-cı il tarixli əmr əsasında “Avtomatika, telemexanika və elektronika” (ATE) və “İstehsal proseslərinin avtomatlaşdırılması” (İPA) kafedralarının bazasında təşkil edilmişdir.

“Avtomatika, telemexanika  və  elektronika” kafedrası 1953-cü ildə yaradılmış, professor-müəllim heyəti 4 nəfərdən ibarət olan kafedraya dosent Həşim Əliməmməd oğlu Əlizadə rəhbərlik etmişdir. Həmin il institutun “Energetika” və “Neft-mexanika” fakultəsinin müvafiq olaraq bir və dörd qrupunun tələbələri yeni ixtisas üzrə təhsil almaq üçün ATE kafedrasına köçürülmüşdür. 1955-ci ildə kafedrada ²Avtomatika, telemexanika və elektrik ölçmə cihazları və qurğuları² ixtisası üzrə 11 nəfər diplom lahiyəsi müdafiə edib mühəndis diplomu almışdır.

50-ci illərin sonunda və 60-cı illərin əvvəlində xalq təsərrüfatının müxtəlif sahələrində avtomatika və telemexanika üzrə mütəxəssislərə böyük tələbat yarandığına görə hökumətin qərarı ilə institutun neft-mədən, geoloji-kəşfiyyat və kimya-texnologiya fakultələrindən əlavə qruplar kafedrada tədrisə cəlb olunmuş və artıq 1958/59-cu tədris ilində kafedra üzrə 298 nəfər diplom müdafiə etmişdir.

ATE kafedrasına müxtəlif dövrlərdə prof. İ.Ə.Nəbiyev, prof. İ.M.Abdullayev prof. R.T.Hümbətov və prof. S.İ.Yusifov rəhbərlik etmişdir.

“İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının tarixi XX əsrin 30-cu illərindən başlayaraq “Energetika” fakültəsində “İstiliyə nəzarət və idarəetmə cihazları” ixtisası üzrə mütəxəssislər hazırlanmasından başlanır. 40-cı illərin ikinci yarısında bu və digər ixtisaslar üzrə mütəxəssis hazırlayan “Nəzarət-ölçü cihazları” kafedrası təşkil edilmiş, sonradan kafedranın adı dəyişdirilərək “İstehsal proseslərinin avtomatlaşdırılması” adlandırılmışdır. 1955-ci ilə qədər kafedra müdiri dos. V.V.Başilov olmuş, 1955-ci ildən kafedraya akademik İ.Ə.İbrahimov, 1987-ci ildən isə professor İ.R.Əfəndiyev rəhbərlik etmişdir.

Hal-hazırda “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasında “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə Azərbaycan və rus bölmələrində mütəxəssislər hazırlanır.

“İdarəetmə və sistemlər mühəndisliyi ” kafedrasının əməkdaşlarının SİYAHISI 

S/S Əməkdaşların adı, soyadı, atasının adı Vəzifəsi
1. Yusifov Səlahəddin Imaməli  o. Kafedra müdiri v.m.i.e., prof.
2 Əfəndiyev İsrayıl Rüstəm o prof.
3. Ağayev Fərid Hacı o. dosent
4. Zeynalov Razim Abdul o. dosent
5. Əliyev Arif Muxtar o. dosent
6. Əliyeva Lətifə Abdulmabut q. dosent
7. Mayılov Rauf Arif o. dosent
8. Cəfərov Sənan Famil o. dosent
9 Allahverdiyev Ramiz Nəsib o dosent
10. Mehdiyeva Almaz Mobil q. dosent
11. Isayeva Taranə Musa qızı q. dosent
12. Quliyev Elkin Vidadi o. dosent
13. Axmerov Oliver Salahoviç dosent
14. Kərimov Cəfər Kərim o dosent
15. Məlikov Elçin Adil o dosent
16. Səfərova Aygün Ağamirzə q dosent
17. Məhərrəmova Tamella Mustafa q dosent
18. Xanbutayeva Natəvan Ağadayı q dosent
19. Hüseynov İsmayıl Əvəz o dosent
20. Bağırova Rəfiqə Süleyman q baş müəllim
21. Mirzəyev Oqtay Malik o. ass.
22. Zeynalova Şəhla Hamlet q. ass.
23. Xanməmmədova Elmira Ələsgər q. ass.
24. Sərdarova Icabikə Ziya q. lab.müd.
25. Zeynalova Təranə Nazim q. b.lab
26. Kəsəmənskaya Azadə İlham q. b.lab
27. Abbasova Sara Aydın qızı b.lab
28. Hüseynova Səbinə Sərraf qızı b.lab
29 Zeynalova Rüxsarə Rafiq qızı b.lab
30. Əhmədova Sevil Şahnəzər qızı b.lab
31. Mədətova Nərgiz Roman q. lab.