Ümumi və tətbiqi riyaziyyat

   «Ümumi və tətbiqi riyaziyyat » kafedrasının tarixi

«Ali riyaziyyat» kafedrası 1921- ci ildə təşkil  olunmuşdur.  İnstitutun  açılış günü (2 yanvar 1921-ci il ) birinci mühazirə « Ali riyaziyyat » kursundan olmuşdur. Mühəndis Səmədbəy Vəkilovun oxuduğu bu mühazirədə 400 nəfər dinləyici iştirak edirdi. İlk yaranmış kafedraya L.S.Leybenzon rəhbərlik edirdi. Kafedranın ştatında 4 nəfər əməkdaş var idi.

1923-cü ildə kafedra müdiri N.N.İovlev təyin olunur.

1926-cı ildə kafedra 2 yerə bölünür: «Analiz» kafedrası ( müdiri A.S.Kovanko ) və «Həndəsə» kafedrası ( müdiri prof. N.N.İovlev ).1928-ci ildə bu kafedralar yenidən birləşdirilir və «Ali riyaziyyat» adlandırılır ( müdiri prof. A.M.Amosov ). A.M.Amosov kafedraya 1945-ci ilə qədər rəhbərlik edib.

«Ali riyaziyyat» kafedrasına 1945-1961-ci illərdə dosent M.A.Şeydayev, 1961-1969-cu illərdə dosent K.A.Nəcəfov, 1969-1995-ci illərdə prof.  R.H.Məmmədov rəhbərlik edib.

1991-ci ildə «Ali riyaziyyat»  kafedrası yenidən iki kafedraya bölünür:  «Ali riyaziyyat I» (müdiri prof. R.H.Məmmədov) və «Ali riyaziyyat II» (müdiri prof. Y.Ş.Səlimov).

1995-ci ildə «Ali riyaziyyat I» kafedrasına dosent C.A.İsmayılov rəhbərlik edir.

1996-cı ildə bu kafedralar yenidən birləşdirilir və « Ali riyaziyyat » kafedrasına 2011-ci ilə qədər prof. Y.Ş.Səlimov rəhbərlik edib.

2011-ci ilin sentyabrından 03 fevral 2016-cı ilədək kafedraya dos. M.M.Səbzəliyev rəhbərlik edib.

Müxtəlif vaxtlarda kafedrada respublikanın ən görkəmli alimləri işləmişlər. Bunlardan Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Z.İ.Xəlilov və İ.İ.İbrahimov, müxbir üzvləri M.A.Cavadov, Y.Ə.Əmənzadə və başqalarını göstərmək olar.

1962-1994-cü illəri kafedranın keyfiyyətcə yüksəliş dövrü kimi qeyd etmək olar. Bu illərdə kafedrada «Ali riyaziyyat » kursundan əlavə diferensial tənliklər, funksional analiz, kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, xüsusi funksiyalar, operasiya hesabından xüsusi kurslar oxunub.

1972- ci ildən indiyə qədər kafedrada «Funksiyaların konstruktiv nəzəriyyəsi» və «Diferensial operatorların spektral nəzəriyyəsi» adlı elmi-nəzəri seminarlar fəaliyyət göstərir.

Axırıncı 10 ildə kafedra əməkdaşları tərəfindən «Ali riyaziyyat» fənni üzrə 13 dərs vəsaiti, 200-dən artıq məqalə və metodik göstərişlər çap olunmuşdur.

Kafedranın əməkdaşları nəinki respublikamızda və xaricdə keçirilən konfransların aktiv iştirakçıları, həmçinin bir çox məqalələrin müəllifləridirlər.

1972-ci ilin sentyabrında Azərbaycan və keçmiş SSRİ məkanında  “Tətbiqi riyaziyyat” sahəsindəki mütəxəssislərə olan ehtiyacla əlaqədar olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Azərbaycan Neft və Kimya İnstitutu)   “Ali riyaziyyat” kafedrası 2 yerə bölünərək,  “Ali riyaziyyat ” və “Tətbiqi riyaziyyat” kafedraları yaradılmışdır. “Tətbiqi riyaziyyat” kafedrasında  işləmək üçün keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərində, o cümlədən Moskvada, Kiyevdə və s. hazırlıq keçmiş və o dövrdə Azərbaycan EA Kibernetika İnsitututunda çalışan “Tətbiqi riyaziyyat” üzrə aparıcı mütəxəsislər cəlb edilmişdir.

“Tətbiqi riyaziyyat” kafedrasına müxtəlif vaxtlarda Ə.Ə.Novruzov (1972-1977), M.H.Tahirov(1977-1982), V.Q.Pirməmmədov (1982-1993), O.M.Manaflı (1993-1995), B.B.Musayev (1995-1998), M.H.Bağırov(1998-2004) rəhbərlik etmişlər. 2004-cü ilin iyun ayından 2015-ci ilin noyabr  ayınadək kafedraya f.r.e.d., AMEA-nın müxbir üzvü professor K.R.Ayda-zadə rəhbərlik etmişdir.

Kafedranın yarandığı ilk illərdə elektron hesablama maşınlarının təkmilləşdirilməsi, avtomatlaşdırılmış idarə etmə sistemlərinin yaradılması və tətbiqi ilə əlaqədar olaraq kafedrada proqram təminatının yaradılması üzrə mütəxəssislər hazırlanmağa başlanmışdır. Lakin 1980-ci illərdə elm və texnikanın bütün sahələrində yeni tədqiqat üsulunun – hesablama eksperimentinin tətbiq edilməsi ilə əlaqədar olaraq riyazi modelləşdirmə üzrə mütəxəssislərin hazırlanması zərurəti meydana çıxmışdır. Bununla bağlı kafedrada “Riyazi modelləşdirmə”, “Ədədi üsullar” ixtisasları üzrə mütəxəssislər hazırlanmasına başlanmışdır. Mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə EA Kibernetika institutunda kafedranın filialı yaradılmış və Kibernetika institutunun aparıcı mütəxəssisləri Professor C.E.Allahverdiyev, Professor C.A.Babayev, dosent Ə.Ə.Şahbazov, dosent K.F.Şirinov, dosent H.M.Musayev və başqaları tədris işlərinə və tələbələrin elmi işlərinə rəhbərlik etmək üçün cəlb edilmişlər. Kafedrada “Riyazi fizika tənliklərinin və optimallaşdırma məsələlərinin ədədi həll üsulları” adlı elmi metodiki seminar təşkil edilmişdir. Həmin dövrdə daha istedadlı şagirdləri “Tətbiqi riyaziyyat” ixtisasına cəlb etmək məqsədilə kafedranın nəzdində “Gənc tətbiqi riyaziyyatçı” məktəbi yaradılmışdır. Bu məktəb istedadlı gənclərin yetışməsində, onların ixtisas seçimi ilə bağlı istiqamətləndirilməsində mühüm rol oynamışdır. Bu dövrdə kafedrada Neft və qaz laylarındakı proseslərin riyazi modelləşdirilməsi, riyazi fizika tənliklərinin və optimallaşdırma məsələlərinin ədədi həll üsulları ilə bağlı elmi- tədqiqat işləri aparılmış və bu elmi işlərin nəticələri müxtəlif elmi jurnallarda dərc olunmuş, elmi konfranslarda məruzə edilmişdir.

Riyazi üsulların mexanikada tətbiqi məsələlərinin tədrisində, kafedranın məzunlarının elmi işlərə cəlb edilməsində, kafedra üçün elmi kadrların hazırlanmasında akademik A.X.Mirzəcanzadə kafedraya yaxından köməklik göstərmişdir. 1990-cı ildə Respublikada yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq, kafedrada yeni tədris proqramları yaradılmış və onların əsasında bakalavr və magistr hazırlığına başlanmışdır. Kafedrada müasir kompüterlərlə təmin edilmiş kompüter sinifləri yaradılmış, riyazi modelləşdirmə və informasiya sistemlərinin yaradılması ilə bağlı elmi- tədqiqat işləri davam etdirilmişdir.

Bu dövrdə kafedranın əməkdaşları tərəfindən “Neft və qaz laylarındakı proseslərin riyaz­­­i modelləşdirilməsi”, “İqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma”, “İqtisadi-riyazi modellər və üsullar”, “İqtisadi – riyazi modellər və üsullardan məsələlər, alqoritmlər və proqramlar”, “Kombinator analizin və qraflar nəzəriyyəsinin elementləri”, “Ekoloji problemlərdə riyazi modelləşdirmə”, “İkifazlı süzülmənin riyazi modelləşdirilməsi”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Diskret riyaziyyat”, “Fərq sxemləri nəzəriyyəsi”, “Riyazi fizika tənlikləri”, “C/C++ dillərində proqramlaşdırma” və s. dərs vəsaitləri və onlarla metodik vəsait yazılmışdır.

Bu gün “Tətbiqi riyaziyyat” kafedrasının proqram təminatının yaradılması, riyazi modelləşdirmə, ədədi üsullar və s. ixtisaslar üzrə yetişdirdiyi mütəxəssislər dünyanın bir çox ölkələrində, o cümlədən, keçmiş Sovet respublikalarında, Almaniyada, Fransada, ABŞ-da, İsraildə və başqa ölkələrdə işləyirlər.  Onlar Azərbaycan Respublikasında demək olar ki, bütün fəaliyyət sahələrində çalışırlar. Kafedranın məzunları arasında onlarla fizika – riyaziyyat və texnika elmləri üzrə elmlər doktoru, əllidən artıq elmlər namizədi vardır.

İndi kafedrada yeni tədris planlarına uyğun olaraq bakalavr, “Riyazi modelləşdirmə”, “Optimal idarəetmənin riyazi – iqtisadi üsulları”, “İnformatika”, “Kompüter riyaziyyatı” və   “İqtisadi fəaliyyətın riyazi və informasiya təminatı” ixtisasları üzrə magistrlər hazırlanır.

Kafedranın əməkdaşları müxtəlif elmi konfranslarda, simpoziumlarda və konqreslərdə müntəzəm çıxış edirlər. Son 5 ildə xarici jurnallarda onların 80-ə yaxın elmi əsərləri, bunlardan 10-u Science Citation İndex (SCİ) tipli jurnallarda çap olunmuşdur.

Son 5 ildə kafedranın əməkdaşları 4 qrantın iştirakçıları olmuşlar. Qrantlardan biri Avropa Birliyinin İNTAS proqramı üzrə, 3-ü isə Azərbaycan Respublikası Prezidenti yanında Milli Elm Fondu tərəfindən maliyyələşdirilmişdir.

Son 5 ildə kafedranın əməkdaşlarının rəhbərliyi altında 4 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi adını  2 nəfər isə texnika elmləri doktoru adını almışdır.

Kafedra “Bəzi fiziki, texnoloji və iqtisadi proseslərin ədədi modelləşdirilməsi və optimal idarə edilməsi üsullarının işlənməsi” mövzusunda elmi tədqiqat işini sona çatdırmış və hal hazırda “Neftçıxarma, iqtisadiyyat və ekologiyada toplanmış və paylanmış parametirli proseslərin tədqiqi və idarə edilməsi üçün riyazi modellərin ədədi üsullarının və proqram təminatının işlənməsi” mövzusu üzərində elmi tədqiqat işləri aparır.

Kafedra keçmiş SSRİ-nin və dünyanın bir neçə institut və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir. Onlara misal olaraq Fransanın Marsel şəhərinin “Freşnel adına fiziki institutunu”, Türkiyənin İzmir şəhərindəki “İqtisadi Universiteti”, Rusiya Elmlər Akademiyasının nəzdindəki “Hesablama Mərkəzini”, Ukraynanın “Kibernetika institutunu”, Qazaxıstanın “Texniki Universitetini”, “Latvıya Dövlət Universitetini”, AMEA-nın “Kibernetika institutunu” göstərmək olar.

Kafedranın iki əməkdaşı Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

3 fevral 2016-cı il tarixdən yenidən “Ali riyaziyyat” və “Tətbiqi riyaziyyat” kafedraları  birləşərək  “Ümumi və tətbiqi riyaziyyat” kafedrası adlandırıldı. Hal-hazırda kafedrada 2 professor , 32 dosent, 4 baş müəllim, 7 assistent və 1 laboratoriya müdiri, 5 böyük laborant çalışır.

“Ümumi və tətbiqi riyaziyyat”

kafedrasının əməkdaşları

 

Müəllimlərin adları, soyadları

 

Vəzifəsi
1 Əliyev Araz Rafiq  o. r.ü.e.d.,professor,kafedra müdiri v.m.i.e.
2 Səbzəliyev Mahir Mirzəxan o. r.ü.e.d.,professor əvəzi
3 Əliyev Biləndər Cəfər o. f.r.e.n.,dosent
4 Əzimov Tariyel Şamil o. f.r.e.n.,dosent
5 Rəsulov Tofiq Məcid o. f.r.e.n.,dosent
6 Səmədova Səkinə Həbib q. f.r.e.n.,dosent
7 Məmmədov Nurəddin Yasin o. f.r.e.n.,dosent
8 Əzimova Gülşən Musa q. f.r.e.n.,dosent
9 İbrahimov Valeh Əbülfəz o. f.r.e.n.,dosent
10 Düşdurov Məsim Qasım o. f.r.e.n.,dosent
11 Həsənov Mədət Hidayət o. f.r.e.n.,dosent
12 Həsənov Ələmdar Süleyman o. f.r.e.n.,dosent
13 Əzizova Ruqiyyə Qüdrət q. f.r.e.n.,dosent
14 Musayev Əli Mehdi o. f.r.e.n.,dosent
15 Səbzəliyeva İlhamə Mahir q. f.r.e.n.,dosent
16 Mehdiyev Ələkbər Kərim o. f.r.e.n.,dosent, əvəzi
17 Hüseynzadə Çingiz Salax o. f.r.e.n.,dosent
18 Qasımov Sərdar Yusub o. f.r.e.n.,dosent
19 Hüseynov Səftər İlyas o. f.r.e.n.,dosent
20 Hacıyev Faiq  Həsən o. g.m.e.n.,dosent
21 Hüseynzadə Sevil Oqtay q. f.r.e.n.,dosent
22 Həmzəyev Xanlar Mehvəli o. t.ü.e.d., dosent
23 Qasımov Qasım Qurban o. t.e.n., dosent
24 Kərimov Vaqif Əsəd o. t.e.n., dosent
25 Hüseynov Ələddin Əsəd o. f.e.n., dosent
26 Məmmədov Rəşad Sirac o. f.r.e.n.,dosent
27 Səlimov Əfsər Xanlar o. f.r.e.n.,dosent
28 Xəlilov Elnur Həsən o. f.r.e.n.,dosent
29 Abdullayev Vaqif Maarif o. f.r.e.n.,dosent
30 Seyidov Məmməd İbad o. t.e.n., dosent
31 Məmmədov Vaqif Məmmədəli o. t.e.n., dosent
32 Məmmədova Nəzifə Rza q. 0.5 ştat dosent
33 Vəliyev Fərhad Zübeyir o. baş müəllim
34 Səfərova Zöhrə Abbasəli q. baş müəllim
35 Cəfərli  Vəkil Həsən o. baş müəllim
36 Kərimova Sevinc Rafiq q. baş müəllim
37 Zeynalova Məhsəti musa q. müəllim
38 Əzizova Züleyxa Oruc q. assistent
39 Mikayılova Fəridə bahadur q. assistent
40 Kərimova  Məhbubə Ənvər q assistent
41 Babayeva Yeganə Əliheydər q. assistent
42 Volkova Yuliya Vasilyena assistent
43 Paşayeva Hüsniyyə Tapdıq q. assistent
44 Əliyeva Səbinə Oktay q. assistent

 

« Ümumi və tətbiqi riyaziyyat » kafedrasının

 tədris-köməkçi heyətinin siyahısı

 

 

Adı, soyadı və atasının adı Vəzifəsi
1 Cəfərova Esmira Şəhadət q. Laboratoriya müdiri  
2 Mehdiyeva Rabiə Yaşar q. böyük lobarant  
3 Məmmədova Sevda Minbala q. böyük lobarant  
4 Əzizova Gülşən Əlipaşa q. böyük lobarant  
5 Hətəmova Ləman Şahin q. böyük lobarant  
6 Səfərova Vəfa Osman q. böyük lobarant