Geofiziki kəşfiyyat üsulları

«Geofiziki kəşfiyyat üsulları» kafedrasının tarixi
«Geofiziki kəşfiyyat üsulları» kafedrası 1947/48-ci dərs ilində Geoloji-kəşfiyyat fakültəsinin nəzdində yaranmışdır. Kafedranın təsis olunması faktı faydalı qazıntı və neft-qaz yataqlarının axtarış və kəşfiyyatında geofiziki metodların aparıcı rolu ilə əlaqədardır.
Hal-hazırda kafedrada 1 akademik, 2 professor, 7 dosent elmi-pedoqoji fəaliyyətlə məşğul olur. Kafedranın nəzdində  «Seysmostratiqrafik tədqiqatlar»  elmi tədqiqat laboratoriyası da fəaliyyət göstərir. Kafedranın əksər əməkdaşları bu  elmi tədqiqat laboratoriyasıda elmi fəaliyyətə başlamışlar.
68 illik fəaliyyəti müddətində kafedrada 12 doktorluq və 54 namizədlik dissertasiyası hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. Kafedra əməkdaşlarından professorlar ardıcıl olaraq kafedra müdiri işləmişlər: S.Y.Litvinov (1952-70), İ.O.Simelzon (1970-72), H.C.Cəfərov (1972-85), R.Ə.Abdullayev (1985-91), P.Z.Məmmədov (1991- hal-hazırda).
Kafedra Respublikanın və bəzi xarici ölkələrin elmi-istehsalat idarələri və firmaları ilə sıx əməkdaşlıq edir. Professor P.Z.Məmmədov bir çox Beynəlxalq və Avropa geofiziki və neft assosiasiyalarının və cəmiyyətlərinin həqiqi üzvüdür.
Hazırda kafedra “Geofizika mühəndisliyi” ixtisası üzrə bakalavr və magistr səviyyəsində yüksək ixtisaslı geofizik kadrlar hazırlayır.
Kafedrada aşağıdakı fənlər tədris olunur.
1. Seysmik kəşfiyyatı
2. Geofiziki ekologiya
3. Geofizikanın əsasları
4. Qravimaqnit kəşfiyyat
5. Elektrik kəşfiyyatı
6. Quyularda geofiziki tədqiqatlar
7.  Petrofizika
8.  Geofizikada rəqəmli yazı və emalın əsasları, proqramlar və alqoritmlər
9.  Seysmik və sekvens stratiqrafiya
10.  Geofizikada partlayış işləri
11.  Seysmik məlumatların rəqəmli emalı və interpretasiyası
12.  Quyuların texniki vəziyyətinin öyrənilmə üsulları
13.  Quyularda elektrik və elektromaqnit üsullarının nəzəriyyəsi
14.  Geofizikada emal sistemləri və alqoritmlər
15.  Qravimetrik anomaliyaların interpretasiyası
16.  Radioaktiv  və digər üsullar
17.  Neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət
18.  Struktur formasion və AVO analiz
19.  Geofiziki məlumatların riyazi üsullarla interpretasiyası
20.  Quyu məlumatlarının kompleks interpretasiyası
21.  Elektrik kəşfiyyatı məlumatlarının kompleks interpretasiyası
22.  Mədən geofizikasında cihaz və avadanlıqlar
23.  Geofizika mühəndisliyinin müasir problemləri
24.  Geofizika mühəndisliyinin tarixi və metodologiyası
25.  Rəqəmli yazı və emalın alqoritm və proqramları
26.  Seysmik kəşfiyyatın metodika və texnologiyası
27.  Qravimaqnit kəşfiyyatın metodika və texnologiyası
28.  Elektrik kəşfiyyatının metodika  və texnologiyası.
29.  Geofiziki sahələr nəzəriyyəsi
30.  Geofiziki məlumatların kompleks  interpretasiyası
31.  Struktur formasion analiz
32.  Elektrik və elektromaqnit karotajının nəzəriyyəsi
33.   Radioaktiv  və  akustik  karotajın  nəzəriyyəsi.
34.  Neft və qaz yataqlarının işlənməsinə mədən-geofiziki üsullarla nəzarət
35.  QGT cihazlarının layıhə və metroloji təminatı
36.  İstismar quyularının texniki vəziyyətinin öyrənilməsi
37.  Geoflüdial təzyiqin öyrənilmə üsulları
38.  Mədən – geofiziki məlumatların kompüter interpretasiyası
39.  Quyularda partlayış işləri
40.  Neft-qaz quyularının işlənməsinin modelləşdirilməsi
41.  İstismar quyularında elektrik karotajının tətbiqi
42. Çöküntü süxurların genetik modelləri
43. Birbaşa mədən-geofiziki üsulları
44. Dənizdə seysmik kəşfiyyatın metodika və texnologiyası
45.  Regional və dəqiq seysmostratiqrafiya
46.  Dənizdə qravimaqnit kəşfiyyatın  metodikası və interpretasiya
47.  Dənizdə həyəcanlanma üsulları
48.  Riyazi  interpretasiya üsulları
49.  Seysmofasial analiz

«Geofiziki kəşfiyyat üsulları» kafedrasının müdiri,

1. AMEA-nın həqiqi  üzvü,  g-m.e.d,  professor  Məmmədov Pərviz Ziya oğlu
Telefon: İş: 493-63-95; 5-06; e-mail: parviz08@list.ru
İş saatları: 800 – 1600
Müəllimlərin siyahısı:
2.     Kafedra müdirinin müavini: g-m.f.d., dosent Kərimova Kifayət Ələddin qızı
Telefon: İş: 493-63-95; 4-56
3.     G.-m.e.d., professor Əhmədov Tofiq Rəşid oğlu
Telefon: İş: 493-63-95; 4-56; e-mail: ta_47@mail.ru
4.     T.e.d., professor Seyidov Vaqif Mirhəmzə oğlu
Telefon: İş: 493-63-95; 4-56; e-mail: 1961sv @mail.ru
5.     G.-m.e.n., dosent Məmmədova Cəmilə Sultan qızı
Telefon: İş: 493-63-95; 4-56
6.     G.-m.e.n., dosent İskəndərov Elxan Hüseyn oğlu
Telefon: İş: 493-63-95; 4-56; e-mail: Elton_Iskenderov@mail.ru
7.     Geoloji Kəşfiyyat fakültəsinin dekan müavini, g.-m.e.n., 0,5 ştat dosent Paşayev Naməd Vəliş oğlu
Telefon: İş: 493-63-95; 4-56; e-mail: npashayev@inbox.ru
8.       G.-m.e.n., dosent Novruzov Etibar Seyfulla oğlu
Telefon: İş: 493-63-95; 4-56; e-mail: etnovruzov @hotmail.ru
9.     G.-m.f.d., dosent Xəlilova  Lalə Nüsrət qızı
Telefon: İş: 493-63-95; 4-56
10.   Tədris lab.müd. Sədyarov Ağahüseyn Davud oğlu
Telefon: İş: 493-63-95; 4-56

Tədris-köməkçi heyyətinin siyahısı
1.     lab. müd. Sədyarov Ağahüseyn Davud oğlu
2.     b.lab. Əlibəyova Yeganə Tofiq qızı
3.     b.lab. Paşayeva Şəfaqət Vəliş qızı
4.     b.lab. Əliyeva Gülnarə Asif qızı

Tədris vəsaitlərinin siyahısı
1.     Çöl geofizikasının ümumi kursu – dərs vəsaiti;
2.     Geofiziki kəşfiyyat üsulları – dərs vəsaiti;
3.     Seysmik siqnallar – dərs vəsaiti;
4.     Seysmik dalğalarının  kinematik və dinamik xarakteristikaları. Mühazirələrin konspekti – dərs vəsaiti;
5.     Seysmik məlumatlarının rəqəmli emalına aid laboratoriya işləri – metodik göstəriş;
6.     Seysmik kəşfiyyatı, I cild – dərs vəsaiti;
7.     Seysmik kəşfiyyatı, II cild – dərs vəsaiti;
8.     Seysmik kəşfiyyatı,  III cild – dərs vəsaiti;
9.     Seysmostratiqrafiya – metodik göstəriş;
10.   Qravimetrik və maqnit kəşfiyyatı – dərs vəsaiti;
11.   Qravimetrik kəşfiyyatı üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə aid metodik göstərişlər – metodik göstəriş;
12. “Qravimaqnit kəşfiyyati” kursuna aid laboratoriya işləri  praktikumu – metodik vəsait;
13.  Elektrik kəşfiyyatı – dərs vəsaiti;
14.  Elektrik kəşfiyyatına dair laboratoriya praktikumu – dərs vəsaiti;
15.  Elektrik kəşfiyyatı. Mühazirələrin konspekti – dərs vəsaiti;
16. Elektrik kəşfiyyatı məlumatlarının interpretasiyası. I cild – dərs vəsaiti;
17. Elektrik kəşfiyyatı məlumatlarının interpretasiyası. II cild – dərs vəsaiti;
18. Elektrik kəşfiyyatı – dərslik;
19. Elektrik karotajı üsullarının nəzəri əsasları – dərs vəsaiti;
20. Azərbaycanın neftli-qazlı rayonlarında aparılmış maqnittellurik tədqiqatların perspektivliyi  kitab I – monoqrafiya;
21.  İnduksiya karotajı və onun tətbiq sahələri– monoqrafiya;
22. QGT üsulları – dərslik;
23. QGT nəticələrinin interpretasiyasında EHM-in tətbiqi – metodik göstəriş;
24.  QGT-nin interpretasiyasına aid laboratoriya işlərinə rəhbərlik – metodik göstəriş;
25. Mədən geofiziki üsullarla geoflüidal təzyiqlərin qiymətləndirilməsi – metodik göstəriş;
26. QGT nəticələrinin interpretasiyasının dəqiqliyinin qiymətləndirilməsi – metodik göstəriş;
27. QGT üsulları – dərs vəsaiti;
28.  Quyuların geofiziki tədqiqatı (Elektrik karotaj üsulları) – dərs vəsaiti;
29.  Quyuların geofiziki tədqiqatı üsulları (Radioaktiv, akustik, nüvə-maqnit və qaz karotajı) – dərs vəsaiti;
30.  Quyuların geofiziki tədqiqatı cihazlarının layihələndirilməsi və metroloji təminatı – dərs vəsaiti;
31. Birbaşa geofiziki tədqiqat üsulları və perforasiya, torpedləmə işləri – dərs vəsaiti;
32.  Quyuların və layların geofiziki tədqiqatı üsulları fənni üzrə laboratoriya işləri toplusu – metodik vəsait;
33. Quyuların geofiziki tədqiqi və petrofizika fənninə dair laboratoriya işlərinə rəhbərlik – metodik göstəriş;
34. Petrofiziki tədqiqat nəticələrinin statistik işlənməsi – metodik vəsait;
35. İstismar quyularına geofiziki üsullarla nəzarət fənninə dair laboratoriya işlərinə rəhbərlik – metodik göstəriş;
36.  Neft-qaz yataqlarının işlənməsinin səmərəliliyinin artırılmasında mədən-geofiziki  nəzarət üsullarının rolu – monoqrafiya;
37.  Nüvə fiziki üsullarla quyuların tədqiqi – metodik göstəriş;
38. Nüvə geoloqiyası və geofizikası – dərs vəsaiti;
39.  Quyu məlumatlarının kompleks interpretasiyası – metodik vəsait;
40.  Quyularda partlayış işləri – dərs vəsaiti;
41.  Geofiziki tədqiqat üsulları və interpretasiya (laboratoriya praktikumu)  metodik vəsait;
42. Radioaktiv karotaj üsulları ilə quyu və layların tədqiqi – metodik vəsait;

Kafedra üzrə elmi-tədqiqat işlərinin mövzusu
CXMH-də neft-qaz perspektivli sedimentasiya komplekslərinin, struktur və qeyri-antiklinal tipli tələ və yataqların axtarış və kəşfiyyatının kompleks metodikasının hazırlanması, yataqlarda karbohidrogen ehtiyyatlarının kompüter texnologiyası ilə hesablanma üsullarının işlənməsi.
«Seysmostratiqrafik tədqiqatlar» ETL
Elmi rəhbər – AMEA-nın həqiqi üzvü, g.-m.e.d., prof. Pərviz Ziya oğlu Məmmədov
Mövzu – Çöküntü qatında kvazisinxron sedimentasiya komplekslərinin və neft-qaz perspektivli sedimentasiya cisimlərinin ayrılma metodikasının işlənməsi; Çöküntü qatında fasilələrin  aşkarlanması  və  uyğunsuzluq  səthlərinin  izlənilməsi;  Seysmostratiqrafik  və sekvens-stratiqrafik modellərin qurulması;  CXMH-də yeni karbohidrogen yataqlarının aşkarlanması, xəritələnməsi və işlənməsinin rasional metodikasının hazırlanması.

Məsul icraçılar:
1.     g.-m.e.d., akademik  Məmmədov Pərviz Ziya oğlu
2.     g.-m.e.d., professor Əhmədov  Tofiq Rəşid oğlu
3.     g.-m.e.d., professor Seyidov Vaqif Mirhəmzə oğlu