Neftin-qazın nəqli və saxlanması

“Neftin  qazın nəqli və saxlanması” kafedrasının tarixi 

“Neftin qazın nəqli və saxlanması” kafedrasının professor-müəllim heyəti və elmi işçiləri boru kəmərində qaz-maye axınlarının və mürəkkəb reoloji mayelərin hərəkəti zamanı özlü-elastik xassələrin diaqnostika edilməsinə, qeyri nyuton və  qaz-maye sistemlərin boru kəməri ilə nəqlində ilk dəfə olaraq tərs məsələlərinin həllinə, izotermik olmayan mürəkkəb çoxfazlı sistemlərin axınlarının və onların rejimlərinin dayanıqlılıq problemləri öyrənilməsinə, qaz-maye qarışığının və mürəkkəb reoloji mayelərin axınları zamanı dissipativ strukturların əmələ gəlməsi şərtlərinin təyin edilməsinə, daxili və xarici amillərin birgə təsirini nəzərə almaqla dəniz boru kəmərlərinin dayanıqlılıq problemlərin həllinə, nəql etmənin geniş spektrli problemlərin sinergetik üsulla həllinə, boru kəmərləri kommunikasiyası sistemlərində qaz -maye axınlarının optimallaşdırma üsullarının təyin edilməsinə, nəql olunan mayelərin özlü elastik, plastik fraktal və qeyri-xətti olmasını nəzərə almaqla boru kəməri ilə nəql etmənin yeni prinsiplərinin işlənməsinə, özlü elastik ayrıcının köməyi ilə qazneft kəmərlərinin daxili səthinin təmizlənməsi üsullarının təyin edilməsinə həsr olunmuş elmi-tədqiqatlar aparılmışlar.

Bir sıra elmi işlərin nəticələri Azərbaycan Respublikasının və xarici ölkələrin magistral neft-qaz kəmərlərində və mədən daxili kəmərlərində geniş tətbiq olunmuşdur.

2009-cu ildən kafedrada Avropa Kredit Transfer sisteminə uyğun olaraq “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Kafedra tərəfindən Türkiyə Cumhuriyyəti, Çin Xalq Respublikası, İran İslam Respublikası və İraq dövləti üçün göstərilən ixtisas üzrə bakalavr və magistr təhsil pillələri üzrə mütəxəssis hazırlanmışdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

“Neftin, qazın nəqli və saxlanması” kafedrası

2015/2016 

  1. Mirələmov Hüseynbala Fazil oğlu – kafedra müdiri, professor.
  2. İsmayılov Qafar Qulamhüseyn oğlu – 0,5 professor.
  3. Qurbanov Hüseyn Ramazan oğlu – dosent.
  4. Mustafayev Vahid Tofiq oğlu – dosent.
  5. Məmmədov Rafiq Məmmədəli oğlu – dosent.
  6. Məmmədov Çingiz İsrafil oğlu – dosent.
  7. İsmayılov Ramiz Əliş oğlu – dosent.
  8. Mustafayev Əlimustafa Mustafa oğlu – dosent.
  9. Ələsgərov Gülbala Əsəd oğlu – dosent.
  10. Abdurrahimov Sahib Hüseynbala oğlu – dosent.
  11. İmanova Gülarə İsrafil qızı – dosent.
  12. Mustafayeva Nərgiz Seyid – Rza qızı – dosent.
  13. Hacıyeva İradə Yusif qızı – dosent.
  14. Hüseynov Tariyel Əbülfəz oğlu – baş müəllim.
  15. Ələkbərova Gövhər Ələkbər qızı – 0,5 baş müəllim.
  16. Əsgərova Ruhiyyə İsrail qızı – assistent.
  17. Baxışeva Zülfiyyə İmamnəzər qızı – assistent.
  18. Məlikov Mahmudağa Ağahüseyn oğlu – assistent.
  19. Atayeva Günel Arif qızı – laboratoriya müdiri.
  20. Əsgərova Nəzmiyyə Əhməd qızı – baş laborant.
  21. Cəfərova Aytən Eyvaz qızı – baş laborant.
  22. Qəmbərova Alla Nəriman qızı – baş laborant.
  23. Ağayeva Məleykə Ağa Əli qızı – laborant.