Sənayenin təhlükəsizliliyi və əmək mühafizəsi

“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası haqqında  qısa məlumat

Əsası 1927-ci ildə qoyulmuş “Əməyin  mühafizəsi” kafedrası ölkənin aparıcı sənaye sahələri olan neft-qazçıxarma, neft-kimya  və neft emalı müəssisələri üçün yüksək ixtisaslı mütəxəssislərin  hazırlamasında, həmçinin həmin sahələr üzrə mühüm elmi tədqiqat işlərinin aparılmasında zəngin təcrübəyə malikdir.

1967-ci ilə qədər kafedraya professor Q.İ.Şibayev, 1967-68-ci illərdə A.M.Nağıyev, 1968-2000-ci illər ərzində professor F.Ə.Şıxəliyev, 2000-2003-cü illərdə professor R.T.Əliyev, 2003-2008-ci illər ərzində isə dosent Ə.Y.İsayev rəhbərlik etmişlər.

2008-ci ildən indiki dövrə qədər kafedraya t.e.d., professor  S.R.Rəsulov rəhbərlik edir.

2000-2015-ci  illər ərzində kafedranın professor-müəllim heyətinin tərkibi tədris yükünün artması nəticəsində 11 nəfərdən 21 nəfərə qədər artmışdır.

2010-cu ildən “Əmək mühafizəsi” kafedrası “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası adlandırılmışdır.

Kafedrada tədrisin təşkili.

“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında hal-hazırda 32 fənn üzrə tədris prosesi həyata keçirilir. Tədris prosesində 17 müəllim, 5 tədris-köməkçi heyəti iştirak edir. Tədris olunan fənlərin 21-i bakalavr ixtisası, 11-i isə magistr ixtisası üzrədir.

2011-ci ildən etibarən 050606 – “Neft-qaz mühəndisliyi” ixtisasının 050606.10 “Neft-qaz sənayesində texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi”  ixtisaslaşması üzrə bakalavr hazırlığına başlanmışdır. Qeyd olunan ixtisas üzrə bakalavrlara aşağıdakı fənlər tədris olunur: “Təhlükəsizliyin normativ-texniki təminat bazası”, “Neft-qaz quyularının qazıma avadanlıqlarının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik”, “Neft-qaz quyularının qazılması texnologiyasının texniki təhlükəsizliyi”, “Neft-qaz quyularının istismarı texnologiyasının texniki təhlükəsizliyi”, “Neft-qaz quyularının istismarı avadanlıqlarının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik”.

“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında 2012-ci ildən etibarən  060606 – “Neft-qaz mühəndisliyi” ixtisasının 060606.10 – “Neft-qaz sənayesində texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi” ixtisaslaşması üzrə magistr  hazırlığına başlanmışdır. Qeyd olunan ixtisas üzrə “İstehsal proseslərinin təhlükəsizliyinin əsas istiqamətləri, sənaye müəssisələrinin layihələndirilməsi”, “İstehsal proseslərinin təşkili və icrasında texniki təhlükəsizlik”, “Neft-qaz çıxarma sənayesinin xüsusiyyətləri, texniki təhlükəsizlik mənbələri”, “Neft-qazçıxarma sənayesində texniki təhlükəsizlik”, “İstehsal avadanlığının istismarı və təmirində texniki təhlükəsizlik”, “Neft-qaz sənayesində yanğın təhlükəsizliyi”, “Qaz təsərrüfatı müəssisələrinin təhlükəsiz istismarı”, “Erqonomika və mühəndisi    psixologiya”,  “İş şəraitinin ekspertizası və işçilərin attestasiyası”, “Sənaye ekologiyası”,  “Sığorta işinin təşkili”, “ Neft və qaz quyularının qazılmasında təhlükəsizlik texnikası”, “Neft və qaz quyularının istismarında təhlükəsizlik texnikası”, “Quyuların möhkəmləndirilməsində texniki təhlükəsizlik”, “Qəzaların ləğvində texniki təhlükəsizlik” adlı fənlər tədris olunur.

Təhsilin magistr pilləsi üçün “Tempus” proqramı üzrə “Neft-qaz sənayesinin xüsusiyyətləri və ətraf mühiti çirkləndirən mənbələr” fənni kafedranın qabaqcıl müəllimləri tərəfindən tədris olunur.

Qeyd etmək lazımdır ki, keçmiş SSRİ dövründə, xüsusilə rus dilində yazılmış tədris vəsaitləri kifayət qədər idi. Lakin, müstəqillik əldə edildikdən sonra,  latın qrafikası əsasında  “Əməyin mühafizəsi” üzrə tədris vəsaitlərində çatışmazlıqlar baş vermişdir. Bu çatışmazlığı aradan qaldırmaq üçün kafedra müdiri t.e.d., prof. S.R.Rəsulovun rəhbərliyi altında kafedranın professor-müəllim heyəti tərəfindən qısa bir müddət ərzində  5  monoqrafiya, 8 dərslik və dərs vəsaiti, 6 tədris metodiki vəsait, laboratoriya işlərinin yerinə yetirilməsinə metodiki göstəriş və tədris olunan yeni ixtisas fənləri üzrə 29 fənn proqramları  nəşr olunmuşdur.

Fənlərin tədrisinə nəzarət daim kafedra rəhbərliyinin nəzarətindədir.    2008-ci ildən kafedrada aparılan əsaslı təmir-yenidənqurma işləri nəticəsində kafedranın bütün tədris və laboratoriya otaqları  təmir olunmuş,  əyani vəsaitlərlə təchiz olunmuşdur. Kafedra əməkdaşlarının iş şəraiti  qənaətbəxşdir.

Mühazirə zallarında proyektor, DVD yerləşdirilmişdir. Tədris olunan mövzular üzrə elektron diafilmləri kompleks şəkildə tələbələrin istifadəsinə verilmişdir.

Tədris otaqlarında dərs prosesinin gedişinə nəzarət etmək üçün xüsusi kameralar quraşdırılmışdır. Kafedra müəllimlərinin ixtisas səviyyələrinin  yüksəldilməsi daim  diqqət mərkəzindədir.

Kafedrada elmi istiqamətin inkişaf etdirilməsi.

“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası Respublikanın aparıcı sənaye sahələri olan neft-qazçıxarma, neft-kimyası və neft emalı sahələri üçün təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi məsələlərinin  əhəmiyyətini  nəzərə alaraq, son 15 il ərzində bu istiqamətlərdə  elmi-tədqiqat işlərini  yerinə yetirmişdir. Belə ki, 2000-2005-ci illər ərzində “Qaz emalı müəssisələrində və mədənlərdə iş şəraitində pirofor birləşmələrinin təsirinə davamlı avadanlıq və texnologiyanın işlənib hazırlanması” mövzusu üzrə elmi tədqiqat işi başa çatdırılmış və təhvil verilmişdir.

Kafedra tərəfindən 2006-2010-cu illər üçün planlaşdırılmış “Neft-qaz sənayesində fəaliyyət göstərən mühəndis texniki işçilərə təhlükəsizlik qaydalarının öyrədilməsi və biliklərin yoxlanılması üzrə norma və qaydaların işlənib hazırlanması” mövzusu üzrə tədqiqat işləri aparılmışdır.

Kafedranın professor-müəllim heyəti tərəfindən yerinə yetirilmiş ETİ işlərinin nəticələri üzrə 2005-2015-ci illər ərzində Respublikanın elmi-texniki jurnallarında 58, xarici ölkələrin elmi-texniki jurnallarında 83 elmi məqalə çap etdirilmiş, 43 sayda müxtəlif səviyyəli  konfrans və simpoziumlarda çıxış etmişlər.

2000-2015-ci illər ərzində kafedra müəllimləri tərəfindən 12 müəlliflik şəhadətnaməsi alınmışdır.

Kafedranın əməkdaşları müxtəlif sənaye və elmi-tədqiqat müəssisələri ilə daim yaradıcılıq əlaqəsi saxlayırlar.

Kafedranın əməkdaşları tərəfindən yeni tipli qazma məhlulu işlənib hazırlanmış və  tətbiq edilmişdir.

 “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası əməkdaşlarının siyahısı 

S/S Soyadı, adı, atasının adı Vəzifəsi Ştatı
1 Rəsulov Sakit Rauf o.  Kafedra müdiri, professor 0,5 şt
2 Zeynalov Naib Eynal o. Professor 1,0 şt
3 Rzayev Abbas Heydər o. Professor 0,5 şt
4 Sadıqov Ağa Səhliyalı o.  Dosent 1,0 şt
5 İsayev Əli Yəhya o. Dosent 1,0 şt
6 Mahmudova Leyla Abdı q. Dosent 1,5 şt
7 Nəzərova Günel Fizuli q.  Dosent 1,0 şt
8 Hüseynova Lalə Vaqif q. Dosent 1,5 şt
9 Əsədov Əbdüləli Şahmalı o. Dosent 1,0 şt
10 Allahverdiyev Zaməddin Sultanəli o. Dosent 1,0 şt
11 Şahpələngova Bəyim Şaban q. Dosent 1,0 şt
12 Sadıqova Yeganə Cəfər q.  Dosent 1,0 şt
13 Bağırova Nərgiz Nazim q. Dosent 1,0 şt
14 Şıxıyev Nuhbaba Hacıbala o. Dosent 1,0şt
15 İsmayılova Mehriban Möhsün q.  Dosent 0,5 şt
16 Rəhimova Səadət Rəhim q.  Baş müəllim 1,0 şt
17 Məhərrəmova Mətanət Hüseyn q. Assistent 1,5 şt
18 Məmmədova Kifayət Üzeyir q. Assistent 1,0 şt
19 Rəhimova Seylan Nəriman q. Assistent 1,0 şt
20 Mustafayeva Gülşən Rəsul q. Assistent 1,0 şt
21 Axundova Solmaz Əliabbas q. Assistent 1,0 şt
22 İsmayılova Lətifə Arif q. Laboratoriya müdiri 1,0 şt
23 Hacıyeva Lalə Misir q. Baş laborant 1,0 şt
24 Mehdiyeva Gülarə Şabala q. Baş laborant 1,0 şt
25 Eyvazova Saatxanım Heybətulla q. Tədris ustası 1,0 şt
26 Babayeva Hicran Oruc q. Laborant 1,0 şt
27 Zərbəliyeva Səkinə Surxay q. Laborant 1,0 şt