Mineralogiya, petroqrafiya və litologiya

«Mineralogiya, petroqrafiya və litologiya»  kafedrasının tarixi
Kafedra 1923-cü ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun tərkibində kristalloqrafiya və mineralogiya adı altında təşkil olunmuşdur. 1944-cü ildə kafedra iki kafedraya ayrılmışdır, onlardan «Kristalloqrafiya və mineralogiya» kafedrasına prof. A.Z.Vəzirzadə rəhbərlik etmiş və «Petroqrafiya və faydalı qazıntılar» kafedrasının rəhbərliyi prof. Ş.Ə.Əzizbəyova həvalə edilmişdir.
1961-ci ildə kafedra yenidən «Kristalloqrafiya, mineralogiya və petroqrafiya» adı altında birləşmiş və kafedraya prof. A.Z.Vəzirzadə rəhbərlik etmişdir.
1981-ci ildə kafedranın rəhbəri vəzifəsinə  görkəmli sedimentoloq, prof. Ç.M.Xəlifəzadə secilmişdir və o bu günə kimi də o, kafedraya rəhbərlik edir. Həmin ildə prof. Ç.M.Xəlifəzadənin təşəbbüsü nəticəsində Neft və Kimya İnstitunun  Elmi Şurası kafedranın tədris və elmi fəaliyyətinə uyğun olaraq onu «Mineralogiya, petroqrafiya və litologiya» adı altında təsdiq etmişdir. Kafedranın inkişafında və onun pedaqoji və elmi potensialının formalaşmasında görkəmli tədqiqatçılardan S.M.Romanovun, İ.N.Preobrajenskinin, A.Z.Vəzirzadənin, Ş.A.Əzizbəyovun və Ç.M.Xəlifəzadənin müstasna rolları olmuşdur.
İndi kafedranın tərkibində Cənubi Qafqazda ilk dəfə yaradılan Mineralogiya muzeyi fəaliyyət göstərir. Mineralogiya muzeyində 30 ölkədən, o cümlədən Qrenlandiyadan 4000 ekspanat numayiş etdirilir. Bundan başqa rentgendifraktometrik laboratoriyası, tədris-litoloji elmi tədqiqat laboratoriyası, petroqrafik və geodeziya kabinetləri də tədrisin təşkilində və elmi-tədqiqat işlərinin aparılmasına cəlb olunmuşlar.
Son 20 ildə kafedrada prof. Ç.M.Xəlifəzadənin rəhbərliyi altında «Neft-qaz litologiyası» ixtisaslaşması üzrə 45 litoloq və TEM 090007  «Litologiya»  ixtisaslaşması üzrə 26 magistr və  yer elmləri  üzrə  fəlsəfə  doktorları  bir  sıra  xarici  ölkələr  üçün, o cümlədən
Rusiya  Federasiyası, ÇXR, Yəmən Respublikası, Misir Ərəb Respublikası, Mali Respublikası, Vyetnam Demokratik Respublikası vətəndaşlarından onlarla fəlsəfə doktorları hazırlamışdır.
2012-ci ildən başlayaraq kafedra, ixtisas kafedrası statusunu almışdır və orada 050508 «Geologiya» ixtisaslaşmaları üzrə 4 istiqamətdə – geokimya, mineralogiya, petroqrafiya və sedimentologiya ixtisası üzrə bakalavr və magistr hazırlanması planlaşdırılır. 2015/2016-cı tədris ilinin sonunda “Sedimentologiya” və “Mineralogiya” ixtisaslaşmaları üzrə ilk bakalavr buraxılışında 39 tələbənin buraxılışı nəzərdə tutulub.
Son 20 ildə kafedranın əməkdaşları bir sıra fundamental elmi layihələrin icrasının müəllifləri olmuşlar, o cümlədən, Şərqi Qafqazın Orta Yura çöküntüləri, Şərqi Önqafqazın və Cənubi Manqışlağın mezozoy çöküntüləri, Naxçıvan Müxtar Respublikasında fosforit və boksit filizlərinin lokalizə olunduğu çökmə qatların litologiyası və paleocoğrafiyası işlənib hazırlanmışdır. Hal-hazırda kafedranın əməkdaşları Üst Yura rif qurumların litogenezinin və paleocoğrafiyasının öyrənilməsi məsələlərinin  üzərində işləyirlər.
Son 5 ildə kafedranın əməkdaşları AAPG və EAGE-nin Beynəlxalq konfranslarında məruzə ilə iştirak etmişlər. Bundan başqa 2010-2011-ci illərdə kafedra müəllimləri Türkiyənin 63-cü Beynəlxalq Geologiya konfransında, və Avropa Sedimentoloqlar Assosiyasiyasının Beynəlxalq konfranslarında, XIX Beynəlxalq Sedimentoloqlar konqressində, Sankt-Peterburq «Mineral resursların çıxarılması və işlənmə texnologiyasına dair konfransda»  məruzə ilə çıxış etmişlər və konfransın materiallarında məruzələrin tam mətn çap olunmuşdur.
Kafedranın əməkdaşları bir sıra xarici universitetlərin mineroloq və sedimentoloqları ilə (İ.M.Qubkin adına Neft-qaz Universiteti, Kanada Federasiyasının Toronto Universiteti, Ukraynanın İvan-Frakovski Universiteti, Rusiya Federasiyasının Tümen Universiteti və Rusiya Elmlər Akademiyasının Geoloji elmlər və N eft-qaz İnstitutları) ilə elmi əlaqələr qurmuşlar.
İndi kafedranın əməkdaşları bir sıra qrant layihələri üzərindəçalışır, bu sıradan Cənub Xəzər hövzəsində pliosen və antropogen dövür-ləri üzrə paleoiqlimin dəyişmələri; Cənubi Xəzərdə məhsuldar qatın gil mineralların böyuk dərinliklərdə dəyişmələrinin durumu; Abşeron yarımadasının GPS məlumatları əsasında geodinamikasının və geoekologiyasının araşdırılması; Torpağın, suyun və atmosfer havanın çirklənməsinin ekoloji problemləri və mühafizə tədbirləri layihələri üzrə qrant layihələrin yüksək səviyyədə işlənilməsinə hazırdırlar.
Son vaxtlar kafedra Almaniyanın Leypsik Universitetinin Geologiya və Geofizika İnstitutu və həmçinin Türkiyənin Ortadoğu Texnik Universitetinin Mühəndis Geologiyası fakültəsi ilə elmi əlaqələr saxlayır və birgə elmi-tədqiqat işləri aparmağa nail olmuşlar.

Kafedra əməkdaşlarının siyahısı

1.   Xəlifəzadə Çinqiz Müzəffər oğlu-Kafedra müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor
2.   Əliyev Rafael Məmməd oğlu-Yer elmləri üzrə fəlsəfə doktoru, dosent
3.   Ağayev Ağamehdi Mirhəşim oğlu-Kimya üzrə fəlsəfə doktoru, dosent
4.   Məmmədov İbrahim Əbdülrəhim oğlu-Yer elmləri üzrə fəlsəfə doktoru, dosent
5.   Eminov Ramiz Əhməd oğlı-Texnika üzrə fəlsəfə doktoru, dosent
6.   Əliyeva İntizar Teyyub qızı-Yer elmləri üzrə fəlsəfə doktoru, assistent
7.   Aslanov Həmid Piri oğlu-Yer elmləri üzrə fəlsəfə doktoru, dosent
8.   İsmayılov Mübariz Mayıl oğlu-0.5 ştat dosent
9.   Babayeva Məlahət Tofiq qızı-Assistent
10. Qontyuk Svetlana İvanovna-Laboratoriya müdiri
11. Səlimxanova Ayna Rəşid qızı-Böyük laborant
12. Məmmədova Səidə Beyput qızı-Böyük laborant
13. Camalova Kəlmət Şakir qızı-Böyük  laborant