“Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası

“Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrasının tarixi

050602 – Geologiya mühəndisliyi ixtisasını tədris edən «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrasının məqsədi Azərbaycanda və xarici ölkələrdə neft-qaz geologiyası elmi üçün yüksək ixtisaslı magistrantlar, bakalavrlar və geoloq- mütəxəssislər hazırlamaqdır.
Hazırda fəaliyyət göstərən «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası 1934-cü ildə təşkil olunmuşdur. Kafedraya rəhbərlik 1934-43-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasnın həqiqi üzvü, professor M.V.Abromoviçə həvalə olunmuşdur.
1943-66-cı illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor Ə.Ə.Yaqubov adı çəkilən kafedraya rəhbərlik etmiş, bu illər ərzində bir sıra dəyərli dərsliklər və dərs vəsaitləri dərc etdirmişdir. Onun ilk dəfə azərbaycan dilində dərc etdirdiyi «Neft və təbii qaz geologiyası» dərsliyi hal-hazırda da öz əhəmiyyətini itirməmişdir. Professor Ə.Ə.Yaqubov elmi kadrların hazırlanması istiqamətində də böyük nəailiyyətlər əldə etmişdir. O, kafedraya rəhbərliyi dövründə 30-dan artıq elmlər namizədi hazırlamışdır.
Professor Ə.Ə.Yaqubov ilk dəfə olaraq kafedranın nəzdində «Problem laboratoriyası» yaratmış və ona 1961-66-cı illərdə rəhbərlik etmişdir. Həmin laboratoriyada aparılan elmi işlərə kafedranın müəllimləri cəlb olunmuş və əldə edilən nəticələr neft sənayesinin müxtəlif sahələrində istifadə edilmişdir.
1967-70-ci illərdə kafedraya Azərbaycan Respublikası Elmlər Akademiyasnın həqiqi üzvü, professor Ş.F.Mehdiyev rəhbərlik etmişdir. Bu dövrdə kafedrada kəşfiyyatçı-geoloqların hazırlanması istiqamətində böyük işlər görülmüşdür.
1970-ci ildə kafedraya Azərbaycan Respublikası Elmlər Akademiyasnın həqiqi üzvü, professor F.M.Bağırzadə rəhbərlik etmişdir.
Sonrakı illərdə kafedraya professor A.S.Hacıqasımov (1970-198I), professor Ə.Ə.Cavadov (1981-1986), professor V.Y.Kərimov (1986-1994), professor A.Ə.Kərimov (1994-2004), professor H.M.Hüseynov (2004-2012) rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, dərsliklərin, dərs vəsaitlərinin və kadrların hazırlanmasında kafedrada müxtəlif illərdə fəaliyyət göstərən yüksək ixtisaslı alim və mütəxəssislərin xüsusi xidmətləri olmuşdur. Bu ənənə hazırda da kafedranın professor-müəllim heyəti tərəfindən davam etdirilir.
Hal-hazırda «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası professor V.Ş.Qurbanovun rəhbərliyi altında fəaliyyət göstərir. Bu kafedrada 1 professor, 9 dosent, 3 assistent çalışır. Kafedrada, həmçinin, doktorant və dissertantlar elmi işlər üzərində çalışırlar.
Tədris prosesində tələbələr kafedrada bakalavriat səviyyəsində 4 il müddətində aşağıdakı geoloji fənnləri mənimsəyirlər:
-mühəndis-geoloji qrafika;
-struktur geologiya və geoloji xəritəalma:
-struktur geologiya, tektonika, geodinamika;
-geodinamika;
-geokimya;
-faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı;
-faydalı qazıntı yataqlarının geologiyası;
-neft-qaz geologiyası;
-geoloji-geofıziki axtarış üsulları;
-neft-qaz geologiyasının əsas problemləri;
-geokimyəvi axtarış üsulları;
-neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı üsulları və s.
«Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası nəzdində «Neftin və qazın geologiyası və geokimyası» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Burada kafedranın əməkdaşları «Böyük Qafqazın Azərbaycan hissəsinin cənub-şərq davamının (quru və ekvatorial sahələr) neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi»  (2011-2015-ci illər) mövzusunda elmi-tədqiqat işləri aparır.
Azərbaycanda neft ve qaz yataqlarının açılmasında və istismara verilməsində Geoloji -kəşfiyyat fakültəsinin və həmçinin «Neft ve qaz yataqlannın axtarışı və kəşfiyyatı kafedrasının məzunlarının böyük xidmətlərı vardır.

«Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrası əməkdaşlarının siyahısı
1. «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı» kafedrasının müdiri, G.-m.e.d., professor Qurbanov Vaqif Şıxı o.
Telefon: İş: 498-65-92; 4-41
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>vaqifqurbanov@mail.ru
2. G.-m.e.n., dosent Nərimanov Nəriman Rüstəm oğlu
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>n.narimanov_1@yahoo.com
3. G.-m.e.n., dosent Rzayeva Sevinc Mahmud qızı
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>mammadova.s39@yahoo.com
4.  G.-m.e.n., dosent Babayev Mayis Sərkər oğlu
Telefon: İş: 498-65-92; 4-41
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>m.s.babayev@mail.ru
5. G.-m.e.n., dosent Nəsibova Gültər Cümşüd qızı
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>gultar_nasibova_1@yahoo.com
6. G.-m.e.n., dosent Muxtarova Xuraman Ziyadxan qızı
Telefon: İş: 498-65-92; 4-27
E-mail: xuraman63@yahoo.com
7. G.-m.e.n., dosent Əliyeva Südabə Əjdər qızı
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>suaza@mail.ru
8. G.-m.e.n., dosent Məmmədov Hüseynağa Ağamüslüm oğlu
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>hsmp@rambler.ru
9. G.-m.e.n., dosent Poqorelova Yelena Yuryevna
Telefon: İş: 498-65-92; 4-27
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.”>yy-pgrlova@mail.ru
10.Paşayev Zülfüqar Mikayıl oğlu
Telefon: İş: 498-65-92; 4-27
11. Assistent Əliyeva Tənzilə Ağahüseyn qızı
Telefon: İş: 498-65-92; 4-27
E-mail: tanzilaaliyeva@mail.ru

Tədris-köməkçi hissə:
1. Əliyeva Ruhiyyə Fazil qızı – Laboratoriya müdiri;
2. Rəhmanov Kamil Əliheydər oğlu – Laborant;
3. Məmmədova Samirə İbad qızı – Laborant.

«Neftin və qazın geologiyası və geokimyası» elmi-tədqiqat laboratoriyası

Elmi rəhbər:: каf. müdiri, e.m.е.d., prof.                           V.Ş. Qurbanov

İcraçılar:

1. L.А. Sultanov
2. Ş.Y. Qurbanova
3. V.Q. Abdullayeva
4. Q.Q. Abbasova