Maşınqayırma və materialşünaslıq

“Maşınqayırma və materialşünaslıq” Kafedrası

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Maşınqayırma və materialşünaslıq” kafedrası 2016-cı ildə, universitetdə fəaliyyət göstərən  “Maşınqayırma və material emalı” və “Materialşünaslıq və materialların texnologiyası” kafedralarının birləşdirilməsi ilə yaradılmışdır.

Kafedranın qeyd olunan birləşdirilmiş kafedraları 1930-cu ildən yaradılmışdır. Belə ki, “Maşınqayırma və material emalı” kafedrası 1930-2005-ci illərdə “Maşınqayırma texnologiyası”, 2005-2015-ci illər də “Maşınqayırma  və material emalı” kafedrası adı altında fəaliyyət göstərmişdir.

Yaranmasının ilk illərindən institutun “Neft-mexanika” fakültəsində metalların kəsmə ilə emalı üzrə mühəndis mexanik hazırlamışdır. Kafedranın ilk kafedra müdiri İ.S.Quxman, 1951-ci ilə qədər isə Yaroşeviç olmuşlar. 1951-1982-ci illərdə kafedraya professor Ə.C.Mustafayev, 1982-2004-cü illərdə isə kafedraya professor S.Q.Babayev rəhbərlik etmişdir. Sonrakı 2004-2016-cı illərdə kafedraya professor A.M.Rəhimov, dosent X.M.Heydərov, dosent R.X.Məlikov rəhbərlik etmişlər.

Elmi-istiqamət üzrə kafedrada 3 istiqamətdə:

“Avadanlıqların etibarlığının artırılması” (elmi rəhbər professor Babayev S.Q.); “Neft mədən avadanlıqlarında polimer materialların tətbiqi”( elmi rəhbər professor C.); “Maşınqayırma texnologiyası” (elmi rəhbər professor Rəhimov A.M. və professor Həbibov İ.A.) fəaliyyət göstərmişdir.

Kafedranın fəaliyyəti dövründə qeyd olunan istiqamətlərdə bir çox kitablar, monoqrafiyalar yazılmış, patentlər alınmış, ölkəmiz və xarici dövlətlər üçün ,elmi kadrlar hazırlanmışdır.

“Materialşünaslıq və materialların texnologiyası” kafedrası 2000-ci ilə qədər “Metallar texnologiyası” sonra isə “Materialşünaslıq və materialların texnologiyası” adlandırılıb. Kafedraya 1991-2005-ci illərdə professor Sənan Mustafayev, 2005-2010-cu illərdə dosent Siyavuş Qasımov, 2011-2016-cı illərdə dosent Heybət Eldarzadə rəhbərlik etmişdir.

ADNSU-nun yarandığı ilk dövrdən fəaliyyətə başlamış altı kafedradan biri olan “Materialşünaslıq və materialların texnologiyası” kafedrası 1998-ci ilə qədər ümumi peşə fənni tədris etmiş “Metalların texnologiyası” sonradan yeni açılmış “Materialşünaslıq və yeni materialların texnologiyası” (Materialşünaslıq mühəndisliyi) ixtisası üzrə ixtisas fənlərini və universitet üzrə müvafiq ümumi peşə fənlərini tədris edən “Materialşünaslıq və materialların texnologiyası” kafedrasına çevrilmişdir.

İndiki zamanda kafedra “Enerji maşınqayırması mühəndisliyi”,(050610); “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi” (050646); “Materialşünaslıq mühəndisliyi”,(050601) ixtisasları üzrə bakalavr və magistr hazırlığı aparılır. Bununla yanaşı universitetin bir çox ixtisasları üzrə ixtisasın peşə hazırlığı fənləri blokuna daxil olan, kafedranın elmi-pedaqoji istiqamətinə uyğun, bir çox fənlərin tədrisini aparır.

Kafedrada 20 nəfər professor- müəllim və 7 nəfər köməkçi tədris heyəti çalışır. Professor müəllim heyətinin 4 nəfəri professor, 13 nəfəri dosent, 3 nəfəri isə assistentdir. Professor S.Q.Babayev ölkəmizin elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Kafedraya dosent T.Q.Cabbarov rəhbərlik edir.

Kafedrada aparılan bakalavr və magistr hazırlığı ixtisaslarının və eləcədə digər ixtisasların peşə hazırlığı fənlərinin tədrisinin yüksək keyfiyyətlə təşkil olunması üçün kafedrarada “Hidravlik maşınlar”, Maşınqayırma texnologiyası və qarşılıqlı əvəz olunma”,  maşınqayırma texnologiyası və metalkəsmə”, “Materialşünaslıq”, Konstruksiya materiallarının texnologiyası”, “Qaynaq” və “Metal tökmə” laboratoriyaları fəaliyyət göstərir və daima bu laboratoriyaların maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətlərində işlər aparılır.

Kafedranın ETİ- 2016-2020-ci illərdə iki istiqamətdə təyin edilmişdir:

  • Nanotexnologiyalar və yeni konstruksiya materiallarının yaradılması üsullarının işlənməsi;
  • Dəniz şəraitindəki karbohidrogen ehtiyatların mənimsənilməsi və emalının proses, maşın və avadanlıq təminatının həlli.

Ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətdə kafedra əməkdaşları tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 27 dərslik və dərs vəsaiti hazırlanaraq nəşr edilmişdir, daha 5 vəsait isə nəşrə hazırlanır.

Kafedrada aparılan nəzəri və praktiki əhəmiyyətli geniş elmi-tədqiqat işlərinin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikasının 3 patenti alınmış, müxtəlif nəşrlərdə 60-dan çox məqalə və tezislər çap edilmiş, Bakıda, Rusiya Federasiyası, Ukrayna, Türkiyədə keçirilən beynəlxalq konfranslarda 10 məruzə ilə çıxış edilmişdir.

Son beş ildə kafedranın bir əməkdaşı texniki elmlər doktoru, digəri texniki elmlər namizədi elmi dərəcəsi almış, daha iki doktorantı texniki elmlər üzrə fəlsəfə doktoru dərəcəsi elmi adını almışdır.

Kafedranın məzunları respublikamızda  və bir çox xarici ölkələrdə neft maşınqayırması sahəsində, tikinti materialları istehsalı müəssisələrində, layihə-konstruktor təşkilatlarında elmi-tədqiqat institutlarında və s. sahələrdə işləyirlər.