Mexanika

“Mexanika” kafedrası

         Kafedra  ADNSU-nun  Elmi Şurasının 23.12.2015-ci il tarixli iclasının qərarına əsasən  24.12.2015-ci tarixli, 01-1/54 nömrəli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq  04.02.2016-cı il tarixindən “Maşınların dinamikası və  möhkəmliyi” və  “Tətbiqi mexanika” kafedralarının  bazası əsasında  yaradılmış və “Mexanika” adı ilə fəaliyyətə başlamışdır.

Kafedrada dünya şöhrətli alimlərdən akademik A.X. Mirzəcanzadə və  akademik  R.A.Bədəlov, AMEA-nın müxbir üzvü professor R.S.Qurbanov, Azərbaycan  Respublikasının əməkdar elm xadimi professor Z.H.Kərimov, prof. N.İ.Yaqubov, prof.T.H. Fərəcov, prof. S.Q.Ağayev, prof . Z.M.Əhmədov, prof. F.H.Vəliyev, prof. S.H.Babayev, prof. Ə.Q.Həsənov, prof. S.Ə.Rəcəbov, prof. Ə.F.Qasımov və bir sıra başqaları fəaliyyət göstərmişdir. Hal-hazırda kafedraya prof. Ö.M. Kərimov rəhbərlik edir.

Kafedrada 24 professor-müəllim  heyəti: onlardan 3 professor, 15 dosent  və 6 assistent çalışır. Tədris köməkçi  heyəti 6 nəfərdən ibarətdir.

Kafedrada 050630-“Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavr  və həmin ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedrada eyni zamanda doktorantura üzrə mütəxəssislər hazırlanır. Hal-hazırda kafedrada 8 doktorant elmi işi üzərində çalışır.

Kafedrada maxanikanın əsasını təşkil edən fudamental elmlər o, cümlədən         “Nəzəri mexanika”, “Maşın hissələri”, “Materiallar müqaviməti”,  “Avtomatlaşdırılmış layihə sistemləri”, “Neft mədən avadanlıqları”, “Mühəndislik riyaziyyatı”, Maşın və mexanizmlərin dinamikası”, “Neft-qaz maşın və avadanlıqların dinamikası və möhkəmliyi” və s. digər mühəndis fənləri tədris olunur.

050630-“Mexanika mühəndisliyi” üzrə təhsil almış mütəxəssislər müxtəlif sahələrdə, o cümlədən

  • Neft və qaz istehsalı sahəsində :
  • Ali-texniki universitetlərdə və digər texniki təhsil verən müəssisələrdə elmi və pedaqoji sahədə;
  • Maşınqayırma və hərbi sənayedə:
  • Elmi tədqiqat institutlarında:
  • Müxtəlif xarici firmalarda:
  • Su təsərrüfatı sahələrində və s. fəaliyyət göstərirlər.

Kafedra “AziNMAŞ” ASC, “bakı neft-mədən avadanlıqları  zavodu” ASC, “Azneft” İB ilə sıx elmi əməkdaşlıq edir.

«Mexanika»  kafedrası  əməkdaşların  siyahısı

Kaf.Müd. v.m.i.e., professor Kərimov Ömər Mahmud Karimov.OmarM@gmail.com
t.e.n. professor Həsənov Ramiz Əliş ramizhasanov52@hotmail.com
t.e.n. professor Əliyev Ələsgər Məhərrəm alesker.meherrem@gmail.com
t.e.n. Gülgəzli Ələsgər Səməd
t.e.n. dosent Camalov Rafik İbrahim
t.e.n. dosent İbrahimov İrşad Xanhüseyn  
t.e.n. dosent Mustafayev Mustafa  İsmayıl  
t.e.n. dosent Ağayev Tofiq Yusif  
f.r.e.n. dosent Ağayeva Solmaz Yolçu  
t.e.n. dosent Sadığov Sabir Xəlil  
t.e.n. dosent Kazımov Musa İsmayıl  
t.e.n. dosent Abbasov Sakit Həsən  
t.e.n. dosent Qafarov Fariz Müzəffər  
t.e.n. dosent Ərəbov Rafiq Bayram  
t.e.n. dosent Əliyeva Sevda Yaqub  
t.e.n. dosent Süleymanov Tahir Süleyman tahirseferli @mail.ru.
t.e.n. dosent Mustafayev Əmir Qoçu
t.e.n. dosent Turabova Əhya Həsənbala
t.e.n. Orucov Yusif Əşrəf
Ass. Abışova Rəbiyyə Mustafa
Ass. Xeyrəbadi Qəzalə Sabir
Ass. Kərimova İradə Murad  
Ass. Paşayeva Vəfa Baxış  
Ass. Səlimova Elnarə Nəriman elnare.salimova@bk.ru.

        “Mexanika”  kafedrasının tədris-köməkçi heyətinin SİYAHISI 

A.A.S. Vəzifə
1 Məmmədov Fazil Xankişi Lab. müdiri
2 Əmirova Aybəniz Məhəmməd Baş laborant
3 Bayramova Fəridə Kamal Baş laborant
4 Qasımova Tila Məmməd  Baş  laborant
5 Musəvi Səidə Arif  Laborant
6 Qurbanova Türkan Heydər Laborant