Neft-qaz avadanlığı

«Neft-qaz avadanlığı” kafedrasının tarixi 

Keçən əsrin 30-cu illərində qazıma işlərinin masştabının genişləndirilməsinə və  neft quyularının istismarının effektivliyinin yüksəldilməsinə olan ehtiyac Sovet İttifaqının neft sənayesi qarşısında neft rayonlarının yeni, mükəmməl texnika ilə təchizatı tələbini irəli sürürdü. Maşınqayıranlar və konstruktorlar qarşısında neft qazıması və istehsalı texnikasının yenidən qurulmasını təmin edən texnikanın, avadanlığın yeni bazasının yaradılması kimi  vacib məsələ qoyuldu.

Neft mədən texnikasının inkişafı üçün yüksək ixtisaslı mühəndis-mexaniklər tələb olunurdu. Bununla əlaqədar 1936-cı ilin fevralında Mexanika fakultəsində ölkədə ilk dəfə olaraq xüsusi kafedra “Neftmədən maşınqayırması” yaradıldı, sonralar bu kafedra “Neft mədən mexanikası, maşın və mexanizmləri” adlandırıldı.

Əvvəlcə kafedrada  “Qazma maşın və mexanizmləri” və “Neft quyularının istismarı üçün maşın və mexanizmlər” fənləri üzrə mühazirə, kurs və diplom layihələri aparılırdı. 1940-cı ildən kafedranın fənləri siyahısına “Təmir-quraşdırma işləri” kursu daxil edildi.

Həmin illərdə kafedra kadr hazırlığından başqa neft-mədən avadanlığının işlənilmə nəzəriyyəsi və hesablama metodikası sahəsində böyük elmi-tədqiqat işləri apararaq mədən şəraitində bu avadanlıqların tədqiqi ilə məşğul olurdu.

Müharibədən əvvəlki illərdə R.İ.Şişenkonun rəhbərliyi altında kafedra mancanaq dəzgahı üçün hidravliki dinamometr işləyib hazırladı. Müharıbədən sonrakı illərdə professor S.V.Yurkevskinin başçılığı altında porşenli kompressorların işləmə nəzəriyyəsi sahəsində tədqiqatlar başa çatdırıldı, bu neft sənayesi üçün tamamilə yeni yüksək təzyiqli kompressorların yaradılmasına imkan verirdi, həm də fırlanma qazması üçün  yeni təkmilləşdirilmiş yüksək möhkəmlikli baltaların yaradılması sahəsində  işlər aparılırdı, bu baltalar vasitəsilə quyunun qazılması müddəti əhəmiyyətli dərəcədə qısalır.

Kafedra yeni yaradılanda onun ştatında üç nəfər  dosent var idi – S.V.Yurkevskiy və M.S.Skvirskiy. Sonrakı illərdə artıq kafedraya 1962-çi illərə qədər professor  K.A.İbatulov başçılıq etmişdi, dosentlər Q.A.Məmmədzadə, M.Q.Ağayev, A.C.Ağayev, V.H.Şərifov, R.Ə.Bədəlov, O.A.Orucov və başqaları işləyirdi.

T.e.d., professor  К.А.İbatulov                 T.e.d., профессор S.V.Yurkevskiy

1962-ci ildə kafedrada qazma aqreqatlarının tədqiqatı üçün Sahə elmi tədqiqat laboratoriyası yaradıldı, bu laboratoriya 1967-ci ildən neftmədən avadanlığının tədqiqatı üzrə Sahə elmi tədqiqat laboratoriyası adlandırıldı. Sahə laboratoriyasında kafedranın mühəndis-texniki işçiləri М.А.Vahidov, Z.E.Eyvazova, М.N.Bağırova, М.М.Həsənova, S.B.Bayramov, М.М.Cəfərov, Ş.Х. Pərvanə, T.N.Sko­robo­qatova, S.M.Məmmədova və başqaları tərəfindən “Bakı fəhləsi” maşınqayırma zavodu, “AzİNMAŞ” neftmaşınqayırma elmi-tədqiqat və layihə-konstruktor institutu, İşimbay neftmaşınqayıma zavodu və başqa müəssisələrlə birgə təsərrüfat hesabı əsasında  yüksək texniki səviyyədə elmi tədqiqat və layihə-konstruktor işləri aparılırdı. Müxtəlif illərdə sahə laboratoriyasına texniki elmləri namizədləri R.A.Ramazanov, M.M.Əsgərov, R.Q.Əmirov başçılıq etmişlər.

70-ci illərdə leytenant Şmidt adına zavodda Neftmədən avadanlığının tədqiqatı sahə labora­toriyası yaradıldı.

Prof. K.A.İbatulovdan sonra kafedraya S.V.Yurkevskiy, prof. K.S.Əliverdizadə, prof. Ə.X.Canəhmədov, dosent V.H.Şərifov, prof.R.A.Abdullayev, prof.V.İ.Əliyev rəhbərlik etmişlər. Hal-hazırda kafedra müdiri t.e.d., professor V.T.Məmmədovdur.

Prof. Əliverdizadə Kərim Səlim oğlu 1974-1990-cı illərdə kafedranım müdiri kimi işləmişdir və 1990-cı ildən ömrünün sonuna kimi həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdi.

K.S.Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması” monoqrafiyasına görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının Elm və Texnikanın Əməkdar Xadimidir.

T.e.d. professor  К.S.Əliverdizadə         Azərbaycanın EA-nın müxbir üzvü prof. R.A.Bədəlov

K.S.Əliverdizadəni mütəxəssislər neft quyularının ştanglı nasos qurğusu ilə istismar avadanlıqlarının, o cümlədən mancanaq dəzgahının tipölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar.

K.S.Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarinin inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.

K.S.Əliverdizadə 3 monoqrafiyanın, 300-ə gədər məqalə və tədris vəsaitinin, 100-ə yaxın ixtira və səmərəli təklifin müəllifidir.

Onun “Балансирные приводы глубиннонасосной установки” (1951), “Вопросы механики и техники длинноходового режима откачки” (1958), “Приводы штангового глубинного насоса” (1973) kitabları uzun müddət ştanglı quyu  nasosu qurğusunun geniş və səmərəli  istifadəsilə əlaqədar mütəxəssislərin masa üstü kitabı sayılır. O, həmçinin “ Расчет и конструирование оборудования для эксплуатации нефтяных скважин” (1959) adlı sanballı dərs vəsaitinin müəlliflərindən biridir. Onun rəhbərliyi ilə 15 elmlər namizədi hazırlanmışdır.

Prof.K.S.Əliverdizadənin rəhbərliyi illərində kafedranın tədris laboratoriyası neft mədən avadanlığının natur nümunələri ilə doldurulmağa başladı. Universitetin D.Əliyeva küçəsində yerləşən tədris-idarəetmə korpusunun həyətində  bütün avadanlığı ilə birgə  qazma qurğusu quraşdırılmışdır. Bu qurğu quyu qazılması avadanlıqlarının mənimsənilməsində tələbələr üçün  əyani vəsait rolunu oynayır. Hal-hazırda texniki baxımsızlıq səbəbindən qurğunun təmir və bərpasına ehtiyac duyulur.

Prof.K.S.Əliverdizadənin rəhbərliyi illərində tez-tez  müəllim və tələbələr üçün respublikanın neft müəssisələrinə, “Neft daşları”na, 15-ci kilometr Saatlı qazma kompleksinə, dəniz üzmə qazıma qurğusuna və başqa yerlərə ekskursiyalar təşkil olunurdu. Eyni zamanda kafedranın nailiyyətlərini əks etdirən müzey yaradılmışdı, burada ekskursiyalardan fotomontaj, kafedra əməkdaşlarının elmi nailiyyətlərini əks etdirən monoqrafiyalar, tədris vəsaitləri, əlaçı tələbələrin  diplom işləri nümayiş etdirilirdi.

Kafedranın professor-müəllim heyətinin bilik səviyyəsi o dərəcədə yüksək idi ki, onlardan bəziləri bizim ixtisaslar üzrə dərs demək üçün xaricə, məs.Aljirə göndərilirdi, bəziləri müasir tələblərə cavab verən elmi işlərlə müxtəlif beynəlxalq və ittifaq əhəmiyyətli sərgilərdə iştirak edirdilər.

Bu illərdə kafedrada dərs deyən professor (Ə.H.Canəhmədov, Ə.Ə.İbrahimov) və dosentlərin sayı da artır, (L.B.Beçxayzer, M.A.Vahidov, Z.N.Leviski, X.D.Ömərov), həm də Azərbaycan EA-nın müxbir üzvü, prof. R.A.Bədəlov.

2000-ci ildə tədris olunan fənlərin sayı da artır, ”Neft-mədən avadanlığının təmiri və quraşdırılması” , “Dəniz mədənlərinin texnikası”, “Tribologiyanın əsasları”, “Neft-qaz-mədən təsərrüfatı texnikası”, “Kompressor maışnları və stansiyaları”, Quyuların təmir və bərpası”, “Neft mədən avadanlığının hesabı və konstruksiya edilməsi” fənləri tədris olunmağa başlayır.

2002-ci ildə “Kimyəvi istehsalatların maşın və aparatları” kafedrası ilə birləşmə ilə əlaqədar olaraq 2016-cı ilə qədər  kafedra “Neft qaz istehsalatı və emalı texnikası” adlandırılmışdır. Həm bakalavr, həm də magistratura səviyyəsində fənlərin sayı çoxalmışdır. “Yüksək təzyiq aparatları”, “Ümumzavod avadanlığı”, “Kimyəvi reaktorlar” və s. fənlər əlavə olunmuşdur.

2016-cı ildə kafedra “Neft-qaz avadanlığı” adlandırılmışdır. Hal-hazırda kafedrada professor vəzifəsində t.e.d. Məmmədov V.T. və t.e.d. M.Y.Kərimov, dosent vəzifəsində Q.Ə.Məmmədov, C.N.Aslanov, Z.E.Eyvazova, M.N.Bağırova, S.D.Mustafayev, Ç.C.Mürşüdli, L.S.Hacıyeva, F.Q.Bayramov, R.İ.Axundov, assistent vəzifəsində S.Ə.Qasımova işləyir.

Kafedranın professor-müəllim heyəti hər il neft mədən avadanlığının öyrənilməsi sahəsində dövlət büdcəli elmi-tədqiqat işlərində iştirak edir, bura istismar pakerləri, preventorlar, quyu ştanqlı nasos ötürmələri, fontan armaturunun elementləri və s. daxildir.

“Neft-qaz avadanlığı” kafedrasının

müdiri, prof.                                                              V.T.Məmmədov