Ümumi, tarixi geologiya və hidrogeologiya

Ümumi, tarixi geologiya və hidrogeologiya kafedrasının tarixi
1921/22-ci tədris ilindən Azərbaycan Politexnik İnstitunun Neft sənayə fakültəsi tərkibində Dağ-kəşfiyyat şöbəsinə tələbə qəbul olunur. Fakültənin ilk dekanı B.S.Dombrovski, sonra akad. L.S.Leybenzon olur.
1930-cu ildən Geoloji-kəşfiyyat fakültəsi yaradılır və müxtəlif istiqamətdə tələbə qəbulu elan edilir.
Bu dövrdə professorlar  V.V. Boqaçov, M.B. Abramoviç, C.A.Kovalevksi, M.Q.Əliyev, A.Z.Vəzirzadə, Q.Ə.Əlizadə, M.F.Mirçinq və b. geoloji fənnlərin təşkili və təlimini təmin edirlər. Hidrogeoloqların, neftçi geoloq və geofiziklərin hazırlanması başlanılır.
Geoloji-kəşfiyyat fakültəsinin birinci dekanı professor S.M.Romanov (1930), sonralar M.F.Mirçinq, Ş.A.Əzizbəyov, S.A.Şahsuvarov, İ.D.Kozin, M.F.Süleymanov, M.C.Babayev və başqaları olub.
“Ümumi geologiya, paleontologiya və tarixi geologiya” kafedrasında B.S.Dombrovski, prof. B.İ.Cernişov, V.P.Smirnov-Loqinov kimi görkəmli pedaqoqlar dərs demişlər.
1929/30-cu tədris ilində kafedraya görkəmli alim professor V.V.Boqaçov rəhbərlik etmişdir.
1930/31-ci tədris ilində kafedradan  müstəqil “Ümumi geologiya” kafedrası ayrılır və professor S.A.Kovalevski 1946-cı ilədək onun müdiri olur. O vaxt kafedrada S.A.Şahsuvarov, D.A.Ağalarova, M.O.Qutman, V.E.Xain, M.Q.Ağabəyov, A.S.Bayramov, A.J.Arutyunov dərs demişlər.
“Paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası” kafedrasına isə prof. V.V.Boqaçov rəhbərlik edirdi. Burada Q.Ə.Əlizadə, J.D.Kozin, M.M.Əliyev və b.  geoloji fənnlərdən mühazirələr oxuyurdular. V.V.Boqaçov geriyə – Rusiyaya qayıdandan sonra kafedraya akad. Q.Ə.Əlizadə rəhbərlik edir. Dərs deməyə kafedraya A.Q.Xəlilov, Ə.Ş.Şixəlibəyli, Ş.M.Məmmədzadə və başqaları dəvət olunurlar.
1961-ci ildən “Ümumi geologiya”, “Paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası” kafedraları birləşdirilərək, “Ümumi geologiya, paleontologiya və tarixi geologiya” adı altında fəaliyyət göstərir.
1974-cü ildən isə kafedra “Ümumi, tarixi geologiya və hidrogeologiya” adı ilə bu günədək mühəndis-hidrogeoloqların hazırlığı ilə məşğul olur. Kafedraya ardıcıl olaraq T.Ə.Məmmədov, B.Ə.Hacıyev, S.M.Kazımov  və  N.İ.Babayev rəhbərlik etmişlər.

Kafedra əməkdaşlarının siyahısı

1. Kafedra  müdiri – professor – Babayev Nəriman İbadulla oğlu
E-mail:narimanbabayev@yandex.ru
İş  tel.: 598-49-37,
dax. 4-05,  lab: 4-06
İş vaxtı:  08-00-17.00

Müəllimlərin siyahısı
2. G.-m.e.d., professor-məsləhətçi – Pənahi Şəfiq Abbas oğlu
Dax. tel.:  4-06
3. G.-m.e.n., dosent – Tağıyev İslam İbrahim oğlu
Dax. tel.:  4-06
4. G.-m.e.n., dosent – Hacıyev Bəhmən Əkbər oğlu
Dax. tel.:  4-06
5. G.-m.e.n., dosent – Kazımov Səfər Məmmədhüseyn oğlu
Dax. tel.:  4-06
6. G.-m.e.n., dosent – Abasov Məmmədkərim Məmməd oğlu
Dax. tel.:  4-06
7. G.-m.e.n., dosent  – Abbasov Abbas Qasım oğlu
Dax. tel.:  4-06
8. G.-m.e.n., dosent  – Mehdiyev Eldar İsmayıl oğlu
Dax. tel.:  4-06
9. G.-m.e.n., dosent  – Kərimov Vaqif Mirzəmehdi oğlu
Dax. tel.:  4-06
10. G.-m.e.n., dosent  – Teymurzadə Ləman Teymur qızı
Dax. tel.:  4-06
11. Assistent – İbrahimova Səidə İsmayıl qızı
Dax. tel.:  4-06
Tədris köməkçi heyətin siyahısı
1. Əliyeva Emiliya Nizami qızı – Laboratoriya müdiri
2. İsmayılov Fərid Xeyrulla oğlu – böyük laborant
3. Tağıyev Allahverdi Şükür oğlu – böyük laborant
4. Həmidli Cavid Sadiq oğlu – Laborant
Dax.tel.4-06
Tədris olunan fənlər:
1.     Ümumi geologiya
2.     Paleontologiya və tarixi geologiya
3.     Geomorfologiya və IV dövr çöküntülərinin geologiyası
4.     Regional geologiya və geotektonika
5.     Ümumi hidrogeologiya
6.     Mühəndisi geologiya
7.     Qruntşünaslıq
8.     Faydalı qazıntı yataqlarının hidrogeologiyası və mühəndis geologiyası
9.     Qruntlar mexanikası
10.  Mühəndisi geodinamika
11.  Yeraltı suların dinamikası
12.  Mühəndisi geoloji tədqiqatlar
13.  Mineral və termal sular
14. Meliorativ hidrogeologiya və su təchizatı
15. Yeraltı suların axtarışı və kəşfiyyatı
16.  Hidrogeoloji tədqiqatlar
17. Xüsusi mühəndisi geologiya və başqaları təcrübəli müəllimlər tərəfindən tədris olunur.