1475335328273147705_1000x669

“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir

Təhsil krediti almaq istəyən tələbələr üçün “Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

İkinci elan sessiyası oktyabrın 1-dən 31-dək davam edəcək. Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.

Qeyd edək ki, birinci elan sessiyası 3-25 iyun tarixində aparılıb. Fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı və sənədləşmə uyğunsuzluğu olanlardır.
Müraciət etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

http://www.maarifci.az