Card image cap

ADNSU-nun professorunun 90 illik həyat yolu zəngin elmi fəaliyyəti ilə yadda qalıb

Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin (NMF) professoru, neft-mədən avadanlıqlarında etibarlılıq nəzəriyyəsi məktəbinin yaradıcısı, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm və Texnika xadimi, professor Sabir Həbib oğlu Babayevin 90 yaşı tamam olub.

1976-cı ildən professor Sabir Babayevin elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlıdır. O, maşınqayırma texnologiyası və neft-mədən avadanlıqlarının etibarlılığı istiqamətində 400-dən artıq elmi əsərin, o cumlədən çox sayda kitab və monoqrafiyanın, 45 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

Qeyd edək ki, ADNSU-nun Kompüter qrafikası kafedrasının müdiri, professor İbrahim Həbibovun  5 il əvvəl yazdığı “Elmə həsr olunmuş ömür” kitabında  professor S.Babayevin həyat və yaradıcılığından, elmi fəaliyyətindən geniş bəhs olunub. Hörmətli professorumuzu yubiley münasibəti ilə təbrik edir və ona can sağlığı arzulayırıq!