Card image cap

ADNSU-da “Müasir elmi jurnallar: praktika və nəzəriyyə” adlı təlim keçirilib

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Müasir elmi jurnallar: praktika və nəzəriyyə” adlı təlim keçirilib.

Təlimdə “Bipolymer and cell” jurnalının redaksiya heyətinin rəhbəri, Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi İrina Tixonkova “Müasir elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər” mövzuları üzrə məruzə ilə çıxış edib. İ.Tixonkova elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində prakrtik tövsiyələr verib. “Web of science” bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlardan danışıb. Bundan əlavə, İ.Tixonkova elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatını açıqlayıb və elmi jurnalalrın biznes modellərindən söz açıb.