Card image cap

ADNSU-nun professoru Qazaxstanda keçirilən beynəlxalq konfransda iştirak edib

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev oktyabrın 16-dan 19-dək Qazaxstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. “Eurasian Mathematical Journal” jurnalının ilk buraxılışının 10-illiyinə həsr olunmuş “Analiz, diferensial tənliklər və cəbrin aktual problemləri” adlı konfrans L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin təşkilatçılığı ilə keçirilib. ADNSU-nun professoru Araz Əliyev konfransda “Magnetic Helmholtz Operatorunun özünüidarəetmə xüsusiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində professor Araz Əliyev Qazaxstan, Rusiya Federasiyası, İtaliya, Almaniya, Yaponiya, Yunanıstan və Qırğızıstandan olan riyaziyyatçılarla elmi müzakirələr aparıb və gələcəkdə birgə elmi işlərin görülməsi barədə razılığa gəlib.