Card image cap

ADNSU-da müəllimlər üçün məşğələ keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Britaniya Məzunları Birliyi (AUKAA) və ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) universitetin ingilis dili müəllimləri üçün birgə təşkil etdiyi məşğələ keçirilib.
Məşğələdə Afaq Aslanova və Sənan Yusifov tərəfindən beynəlxalq sertifikatlar (IELTS, TOEFL, DELTA, CELTA və s) və akademik ingilis dili səviyyəsi üzrə ümumi məlumatlar verilib. Daha sonra İqtisadiyyat və Menecment fakültəsi (İMF) üzrə Sənan Şabanov, Kimya Texnologiyaları fakültəsi (KTF) üzrə Həbib Süleymanov, İnformasiya Texnologiyası İdarəetmə Fakültəsi (İTİF) üzrə Ziya Qafarlı, digər fakültələr üzrə isə Bəxtiyar Cəfərov tərəfindən müəllimlərin ixtisaslarına müvafiq olaraq müzakirələr aparılıb.