Card image cap

Türkiyənin Karabük universitetinin nümayəndə heyəti ADNSU-da olub

Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Karabük universitetinin professorları ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Karabük Universiteti Polad Çuqun Tədqiqat İnstitutunun direktoru, professor Yavuz Sun Karabük universitetində tədris olunan ixtisaslar, universitetin maddi-texniki bazası, yaranma tarixi, beynəlxalq əməkdaşlığı və reytinqi haqqında video təqdimatla çıxış edib.

Sonra Karabük Universiteti Texnologiya fakültəsinin professoru Mehmet Unal ADNSU ilə əlaqələr qurmaq və bu əlaqələri gələcəkdə daha geniş planda qurmaq niyyətində olduqlarını bildirib və təmsil etdiyi universitetin texnologiya fakültəsi haqqında təqdimatla çıxış edib.

Daha sonra Karabük universiteti Metallurgiya və materialşünaslıq kafedrasının müdiri prof, Hayrettin Ahlatçı və kafedranın əməkdaşı Yunus Türen iştirakçılara geniş məlumat verib və görülən işlərdən, yeni texnologiyaların universitetdə tətbiqindən bəhs ediblər.   

Tədbirin sonunda iştirakçıları marqlandıran suallar cavablandırılıb.