Card image cap

Türkiyənin Karabük universitetinin nümayəndələri ADNSU-nun tələbələri ilə görüşüb

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Karabük universitetinin professorları ilə tələbələrin görüşü keçirilib.

Görüşdə Karabük universitetinin Polad Çuqun Tədqiqat İnstitutunun direktoru, professor dr. Yavuz Sun Neft-mexanika fakültəsinin (NMF) tələbələrinə təmsil etdiyi universitetdə görülən işlər, tədris olunan ixtisaslar, maddi-texniki bazası və həmçinin laboratoriyaları haqqında geniş məlumat verib.

Daha sonra qonaqlar Karabük universitetinin Texnologiya fakültəsi, Metallurgiya və Materialşünaslıq kafedralarında görülən işlərlə bağlı ADNSU-nun tələbələrinə məlumat veriblər.

Tədbirin sonunda Karabük Universitetinin professorları tələbələri maraqlandıran sualları cavablandırıb.