Card image cap

Türkiyənin Karabük universitetinin professorları ADNSU-da mühazirə oxuyublar

Noyabrın 2-də Türkiyənin Karabük universitetinin professorları Azərbaycan Dövlət neft və Sənaye Universitetinin Materialşünaslıq mühəndisliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinə mühazirə oxuyublar. Qardaş ölkənin professorları – Yavuz Sun, Mehmet Unal, Hayrettin Ahlatçı “dəvətli professor” qismində elmi-texniki tədqiqatlarından, bu istiqamətdə əldə etdikləri nailiyyətlərdən və uğura aparan yollardan danışıblar. Mühazirə saatında “dəvətli professorlar” Karabük Universitetinin laboratoriyaları, elmi-texniki imkanları haqqında da tələbələrə məlumat verib, onların suallarını cavablandırıblar.