Card image cap

ADNSU tələbələri “Bayraqdar” intellektual oyununun qalibi olub

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının fəal gəncləri Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirdiyi "Bayraqdar" intellektual oyununun qalibi olublar. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl!” şüarı altında keçirilən tədbirlər çərçivəsində baş tutmuş oyunda ADNSU-nu təmsil edən tələbələr ilk 3 yeri qazanıblar.  

Qeyd edək ki, yarışma ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilib. Oyun bilik, komandada işləmək, tez qərar vermək bacarıqlarını nümayiş etdirməklə yanaşı tələbələrdən Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası haqqında dolğun məlumata sahib olmağı, eyni zamanda, Azərbaycan xalqının tanınmış şəxsiyyətlərini tanımağı tələb edir.