Card image cap

ADNSU-da Azərbaycan Gimnastika Federasiyasının “Könüllülər proqramı 2020”-nin təqimatı keçirilib

 

Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Gimnastika Federasiyasının “Könüllülər proqramı 2020” layihəsinin təqdimatı keçirilib.

Təqdimatda Bakı Gimnastika Məktəbinin (BGM) direktoru Xəqani Fərəcov əvvəlcə Azərbaycan Gimnastika Federasiyası haqqında tələbələrə ətraflı məlumat verib. Daha sonra X.Fərəcov Könüllülər proqramı, könüllülər departamenti, proqrama seçim qaydaları, təlimlər və yarışlarda iştirak haqqında geniş video təqdimatla çıxış edib.

Azərbaycan Gimnastika Federasiyasının Könüllülər proqramının 4 ildir fəaliyyət göstərdiyini deyən X.Fərəcov könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyətindən danışıb və “Könüllülər Proqramı - 2020” layihəsinə qatılmaq istəyən gənclərin 30 noyabr 2019-cu il tarixinədək müraciət edə biləcəklərini qeyd edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.