Card image cap

Məşhur britaniyalı professor ADNSU-da seminarlar keçirəcək

Noyabrın 15-də ölkəmizə səfərə gələn Şotlandiyanın Aberdin Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik məktəbinin direktoru, professor İqor Quz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər keçirəcək. 15 noyabr saat 12:00-da ADNSU-nun müəllimləri və elmi işçiləri ilə, həmin gün saat 15:00-da ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində  (UFAZ) bakalavrlarla İqor Quzin seminar-görüşləri olacaq. Noyabrın 16-da isə saat 14:00-da magistr və doktorantlarla seminarlar keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADNSU-ya gələn “dəvətli professor” görüşlərdə elmi müzakirələr aparacaq, öz təcrübəsini müəllim və tələbələrlə bölüşəcək.

Qeyd edək ki, professor İqor Quz Böyük Britaniya, ABŞ, Yaponiya, Avstraliya, Almaniya, İtaliya, Danimarka, Avstriya, Slovakiya, Ukrayna, Çili, Çin və Cənubi Koreyanın nüfuzlu universitetlərində çıxışlar edib. O, mühəndislik sahəsində Şotlandiya Tədqiqat Əməkdaşlığı və Enerji Texnologiyası Əməkdaşlığı Şurasının üzvüdür.