Card image cap

ADNSU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi -şeir, incəsənət, mənəviyyat və Nəsimi fəlsəfəsi” adlı tədbir keçirilib.

Tədbirdə ADNSU-nun Elm və Texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, Azİİ-e- Kitab Evinin direktoru Səlahət Mahmudova, Azərbaycan dili kafedrasının və İctimai fənlər kafedrasının professor müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal, kafedranın müəlliməsi Könül Abdullayeva, İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev və kafedranın dosenti Yaşar Əhmədov Nəsimi yaradıcılığı, poeziyası və fəlsəfi görüşləri barədə düşüncələrini bölüşüblər.

Daha sonra Geoloji Kəşfiyyat fakültəsinin (GKF) tələbəsi Babayev Rövşən və Kimya Texnologiya fakültəsinin (KTF) tələbəsi Zeynalova Sevinc Nəsimi yaradıcılığından qəzəllər deyiblər.

Qeyd edək ki, tədbir çərçivəsində Nəsiminin Azİİ e-Kitab Evinin bazasında olan kitablarının sərgisi də təşkil olunub.