Card image cap

Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ADNSU-da təqdimatla çıxış edib

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qonaq olan Böyük Britaniyanın Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru, professor İqor Quz “Laylar arasında yaranan çatlar üzrə 3D problemlər. Dinamik yüklənməyə əsasən çatların qapanmasının qeyri-xətti təsiri” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında iştirakçılara məlumat verən İ.Quz elmi tədqiqat mərkəzləri və ixtisaslar barədə video təqdimatla çıxış edib. Sonra professor İ.Quz dinamik yüklənmə nəticəsində yaranan çatlar və onların həlli yolları, eləcə də laylar arasında əmələ gələn çatların qarşısının alınması ilə bağlı geniş video təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.