Card image cap

ADNSU tələbələri leykemiyadan əziyyət çəkən uşaqlar üçün şənlik keçirib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə  leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün şənlik keçirilib. “Leykamiya hökm deyil” şüarı ilə keçirilən tədbirdə leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri və tələbələr iştirak edib.

Şənlikdə uşaqlar üçün müxtəlif növ əyləncələr və oyunlar təşkil olunub.

Qeyd edək ki, ADNSU TGT-nın təşkilatçılığı ilə leykemiyadan əziyyət çəkən uşaqlarla mütəmadi olaraq görüşlər keçirilir.