Card image cap

ADNSU ilə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb

Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Sədrəddin Turbacanov və Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Qaffar Rəhmanberdiyev ilə görüşüb.

ADNSU ilə əməkdaşlığa maraq göstərdiklərinə və bu əməkdaşlığı rəsmiləşdirmək cəhdlərinə görə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor S.Turbacanova təşəkkürünü bildirən rektor, professor M.Babanlı əməkdaşlığın hər iki tərəf üçün yüksək nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. Özbəkistan -Azərbaycan əlaqələrinin hər zaman dostluq və əməkdaşlığa əsaslandığını qeyd edən rektor M.Babanlı ali təhsildə də yeni dostluq əlaqələrinin qurulacağını qeyd edib.

ADNSU ilə əməkdaşlıq əlaqələrinin qurulmasından qürur hissi keçirdiyini bildirən İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor S.Turbacanov yeni layihələrin hər iki universitet üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. S. Turbacanov yeni əməkdaşlıq müqaviləsinin təkcə universitetlər arasında əlaqələrin deyil, həm də hər iki ölkədə ali təhsil sahəsində yeni dostluq və əməkdaşlığın əsasını qoyacağını deyib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.