Card image cap

YAP-ın 27-ci ildönümündə ADNSU-nun 60 tələbəsi partiyaya üzv olub

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova çıxışında partiyanın yaranma tarixindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu partiya ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin hüquqi bir forması olaraq onun Azərbaycanı yeniliyə, uğurlu gələcəyə aparan partiyadır.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və o zaman mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Partiyanın yaranması Azərbaycanı birləşdirərək onun inkişafını, bu gününü, gələcəyini  təmin etdi və bu gün də öz missiyasını uğurla yerinə yetirir.

Sonda ADNSU-nun partiyaya yeni üzv olmuş 60 tələbəsinə üzvlük vəsiqələri təqdim olunub.