Card image cap

ADNSU-da web-seminar keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA (MBA,BBA) proqramlarının təşkilatçılığı ilə web-seminar keçirilib. Müəllim Aqil Vəliyevin moderatorluğu ilə keçirilən "Tədqiqat və inkişaf qrant proqramları çərçivəsində tədqiqat layihələrinin yazılması (Azərbaycan, Ukrayna və Yunanıstan təcrübəsi)" adlı seminarda ADNSU-nun BA proqramlarının direktor müavini, dosent Nailə Həsənova,  professor müəllim heyəti və ZU qruplarının tələbələri iştirak edib.

Seminarı giriş nitqi ilə açan BA proqramlarının direktor müavini, dosent N.Həsənova ADNSU BA proqramları haqqında ətraflı məlumat verib.

Daha sonra seminarda Ukraynanın Sumy Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Konstantin Kıryçenko, prof. Hanna Shvindina, müəllim, Yunanıstanın Sahibkarlığın İnkişafı İnstitutunun layihe meneceri,Spiros Voulgaris seminara onlayn qoşularaq, tədqiqat layihələrinin yazılması barədə təcrübələrini tələbələrlə bölüşüblər.

Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd tələbələrin elmi və tədqiqat layihələri sahəsində bilik və bacarıqlarını artırmaq, elm və tədqiqat sahəsində müxtəlif universitetlərin və təşkilatların təcrübəsini öyrənmək,həmçinin universitetimizlə xarici universitetlər və təşkilatlar arasında birbaşa əlaqə yaratmaq olub.