Card image cap

Azİİ e-Kitab Evi Respublika elmi-praktik konfransında təmsil olunub

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Universitetlərarası I Kitabxana Forumunda iştirak edib. “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən respublika elmi-praktik konfransında  universiteti təmsil edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxananın 24/7 fəaliyyəti və iş prinsipləri, eyni zamanda kitab evinin yeni perspektivləri mövzusunda çıxış edib.  

Forumun sonunda ali təhsil müəssisələrinin kitabxanalarının XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və hədəflər ətrafında müzakirələr aparılıb.