Card image cap

UFAZ-da Frankofoniya həftəsi davam edir

Aprel ayında ənənəvi olaraq bütün Frankafon ölkələrində qeyd olunan Frankafoniya bayramı münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində (UFAZ) 11-14 aprel tarixlərində Frankafoniya həftəsi keçirilir.

Frankafoniya həftəsi ilə bağlı UFAZ tələbələri müxtəlif istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirirlər. Tələbələr universitetin inzibati heyətindən və dəvət olunmuş qonaqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Hər qrup üzrə ən yaxşı nəticə göstərən tələbələr UFAZ rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Sonda tələbələr universitetin akt zalında konsert proqramı ilə çıxış edəcəklər.