Card image cap

Ali məktəblərin II və III kurs tələbələri arasında müsabiqə keçiriləcək

2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin SABAH layihəsi və “British Council”-in birgə təşkilatçılığı ilə tələbələr arasında ingilis dilli “Your English Voice” müsabiqəsi keçiriləcək. Bir neçə mərhələdən ibarət olan müsabiqədə Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilərlər.

Mərhələlər üzrə müvafiq qiymətləndirmənin nəticəsində birinci yerin sahibi mükafat olaraq Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”- də iki həftəlik ingilis dili kursunda iştirak etmək imkanı, ikinci və üçüncü yerin sahibləri isə müxtəlif hədiyyələr əldə edəcəklər. Müsabiqənin mərhələləri haqqında ətraflı məlumat və müvafiq qeydiyyat forması www.sabah.edu.az rəsmi internet səhifəsində yerləşdirilib.