Card image cap

Azİİ e-Kitab Evində “Kompüter qrafikası” dərsliyinin təqdimatı keçirilib

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində İbrahim Həbibov, Osman Mirzəyev və Təranə Sadıqovanın müəllifi olduğu «Kompüter qrafikası» adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimatda ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru, professor Rauf Əliyarov, Neft-mexanika fakültəsinin (NMF) professor-müəllim və tələbə heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxanaya yeni daxil olan kitablar haqqında məlumat verib.

Daha sonra prorektor Rauf Əliyarov, NMF-nın dekanı, dosent Əlihikmət Əhmədov, «Mühəndis və kompüter qrafikası» kafedrasının professoru İbrahim Həbibov, kafedranın dosentləri Osman Mirzəyev, Rauf Məlikov və digərləri dərs vəsaitinin tələbələr üçün faydalarından danışıb və kitab haqqında müzakirələr aparıblar.

Qeyd edək ki, «Kompüter qrafikası» dərs vəsaiti texniki ali məktəblərdə təhsil alan tələbələr və «Avtomatlaşdırılmış layihələndirmə sistemi» ilə məşğul olan hər bir kəs üçün faydalı mənbədir.