Card image cap

ADNSU-da təhsil alan əcnəbi tələbələr Milad bayramını qeyd ediblər

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığın təşkilatçılığı ilə Milad Bayramı və Yeni ilə həsr olunmuş şənlik keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, həmçinin, universitetin professor müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Əcənəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov qonaqları salamlayaraq Milad bayramı münasibəti ilə əcənəbi tələbələri təbrik edib və hər kəsə xoş bayram əhval ruhiyyəsi arzulayıb.

Daha sonra şənlik əyləncəli şou proqramla davam edib. 

Qeyd edək ki, bayram şənliyində 100-dən yuxarı əcnəbi tələbə və qonaqlar iştirak edib.