Card image cap

Azİİ e-Kitab Evində “Süfrə” jurnalının təqdimatı keçirilib

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Qida Təhlükəsizliyi İnstitutunun mətbu orqanı olan “Süfrə” jurnalının təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, universitetin KTF-nin professor-müəllim heyyəti, həmçinin, Qida Təhlükəsizliyi İnstitunun direktor müavini Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azİİ e- Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir iştirakçılarına kitab evi və onun elektron resursları barədə məlumat verib. Sonra dosent Ata Babayev çıxış edərək ölkədə yeni qida təhlükəsizliyi sisteminin qurulmasından, Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, həmçinin ADNSU ilə  agentlik arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrdən danışıb.

Qida Təhlükəsizliyi İnstitunun direktor müavini Camal Quliyev qida təhlükəsizliyinin önəmindən söz açaraq bildirib ki, 2017-ci ildə dövlət başçısının sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu sahədə mərkəzləşdirilmiş nəzarət mexanizmi qurulub, qida təhlükəsizliyinin təminatı kifayət qədər təkmilləşdirilib. O, çıxış zamanı “Süfrə” jurnalı ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva məruza ilə çıxış edərək jurnal haqqında geniş məlumat verib. Bildirib ki, biz obyektiv və vacib məlumatları əldə edib bir yerə toplamaqla effektiv və nüfuzlu informasiya resursu yaratmaq fikrindəyik. Düşünürük ki, “Süfrə” jurnalı qida sektorunda çalışan peşəkarlar və geniş oxucu auditoriyası üçün maraqlı olacaq.

Digər çıxışçılar da qida təhlükəsizliyi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs edərək yeni nəşr olan  “Süfrə” jurnalının bu sahənin inkişafı üçün əhəmiyyətli nəşr olacağını qeyd ediblər.